“Sumqayıt” 9 oyun sonra böyük hesabla qalib gəldi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Axar.az xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində hər iki qolu Roy Kehat vurub. Bununla da komanda 9 oyundan sonra ölkə çempionatında qələbə qazanıb.
Bu nəticədən sonra “Sumqayıt” 25 xalla 8-ci, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura saat 19:30-da başlayacaq “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq. XXVI turun əvvəlki oyunlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















