Icma.az
close
up
RU
Sumqayıt Bakı avtobuslarının qısa xülasəsi

Sumqayıt Bakı avtobuslarının qısa xülasəsi

Icma.az bildirir, Milli.az portalına istinadən.

Hər gün minlərlə insan Bakı şəhərinə işləmək, təhsil almaq və müxtəlif şəxsi məqsədlərlə səfər edir. Bu da paytaxta doğru olan nəqliyyat axınını xeyli artırır. Son illər şəxsi avtomobillərlə hərəkətin çətinləşməsi, tıxacların artması səbəbindən vətəndaşlar ictimai nəqliyyata , xüsusilə avtobuslara daha çox üstünlük verməyə başlayıb. 

Həmçinin avtobus zolaqlarının yaradılması da insanların avtobuslara üz tutmasının əsas səbəblərindəndir. Belə ki, bu zolaqlarda avtobuslar daha sürətli hərəkət edə bilir, bu isə insanların ünvana daha tez və vaxtında çatmasına şərait yaradır. Eyni zamanda, avtobusla səyahət şəxsi avtomobillə müqayisədə həm daha sərfəlidir, həm də daha təhlükəsiz hesab olunur.

Sərnişin tələbatını nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ceyranbatan və Sumqayıt istiqamətlərindən paytaxt istiqamətində bir sıra yeni avtobus marşrutları xəttə buraxılıb.

AYNA-nın mətbuat katibi Tural Orucov, sözügedən avtobuslarla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq ətraflı məlumat verib.

Qeyd edib ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 502, 509, 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir.

Eyni zamanda Ceyranbatan qəsəbəsini "Abşeron" ticarət mərkəzi ilə əlaqələndirən və "Xocəsən" metrostansiyasından keçən 505 nömrəli avtobus sərnişindaşıma xidməti təqdim edir.

H.Z.Tağıyev qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqaməti üzrə hərəkət edən 502 nömrəli marşrut, Sumqayıt şəhəri - "Binə" ticarət mərkəzi marşrutu üzrə fəaliyyət göstərən 509 nömrəli marşrut sərnişinlərə xidmət göstərir.

Paytaxt istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun "20 Yanvar" stansiyası əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri də təşkil edilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq, Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata tələbatını təmin etmək üçün 508 nömrəli marşrut istifadəyə verilib.  Marşrut Saray qəsəbəsini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirir.

Noyabrın 1-dən Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.  Belə ki,  sərnişin axını nəzərə alınaraq 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirir.

Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun "20 Yanvar" stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə noyabrın 12-dən AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib. Marşrut üzrə ekoloji cəhətdən təmiz, 18 metrlik böyüktutumlu avtobuslar sərnişinlərə xidmət göstərir.

Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev Parkı) götürən hər iki marşrutun (500 və 503) son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsidir.

Eyni zamanda, Sumqayıt şəhərinin Sülh küçəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 123 nömrəli marşrut da fəaliyyət göstərir.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:437
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri