Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb
Icma.az bildirir, Azpost portalına istinadən.
Türkiyənin ABŞ və Fransanın hərbi mövcudluğunu Qara dənizə genişləndirmək cəhdlərinə qarşı çıxdığı bildirilir. Ankara Montrö Konvensiyasında nəzərdə tutulan məhdudiyyətlərdən imtina etmək niyyətində deyil.
Bu barədə çərşənbə axşamı hökumətyönlü “Yeni Şafak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Ankara Bolqarıstan və Rumıniyanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirləri dəstəkləsə də, Qara dənizdə bu dənizə sahili olmayan ölkələrin əlavə hərbi-dəniz qüvvələrinin yerləşdirilməsinə qarşı çıxır.
Qəzet vurğulayır ki, Türkiyə Qara dənizdə təhlükəsizliyin ilk növbədə sahilyanı ölkələr tərəfindən təmin olunması prinsipini müdafiə edir.
“ABŞ və Fransa uzun müddətdir regionda öz hərbi mövcudluqlarını genişləndirməyə çalışırlar. Lakin Ankara bu planlara qarşı çıxır və hərbi gəmilərin Türkiyə boğazlarından keçidini tənzimləyən Montrö Konvensiyasına əsaslanır”, – deyə nəşr qeyd edir.
Qəzetin məlumatına görə, Ukrayna ətrafındakı münaqişənin genişlənməsi və ticarət gəmiçiliyi üçün təhlükələrin artması fonunda Qara dənizdə hərbi mövcudluq məsələsi yenidən gündəmə gələcək.
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edərək boğazları hərbi gəmilərin keçidi üçün bağlayıb.
Türkiyənin Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, konvensiyanın tətbiqi regionda sabitliyin qorunmasına töhfə verən düzgün qərar olub.
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















