Icma.az
close
up
RU
Sumqayıt Bakı qatarının qrafiki tələbələri yolda qoyur: İki saat gözləməli oluruq RƏSMİ AÇIQLAMA

Sumqayıt Bakı qatarının qrafiki tələbələri yolda qoyur: İki saat gözləməli oluruq RƏSMİ AÇIQLAMA

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt-Bakı sürətli elektrik qatarının hərəkət cədvəli valideynlərin narazılığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, saat 12:00-dan 15:00-a qədər Sumqayıtdan Bakıya heç bir reys yoxdur.

"Bu isə xüsusilə tələbələr üçün ciddi problem yaradır. Onlar dərslərini təxminən saat 13:00-da bitirsələr də, evə dönmək üçün növbəti qatarı gözləməyə məcbur qalırlar. Məsələ ilə bağlı müvafiq quruma dəfələrlə müraciət etsək də, "qeydə alındı" cavabından başqa heç bir nəticə yoxdur", - deyə şikayətdə vurğulanır.

Qatarların hərəkət cədvəlinin tələbələrin dərs saatlarına uyğun şəkildə yenidən tənzimlənməsini istəyən valideynlər bildirirlər ki, bu iki saatlıq fasilə uşaqların təhlükəsizliyi və vaxt itkisi baxımından onları narahat edir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 15-dən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli optimallaşdırılıb, reyslərin sayı artırılıb.

"Bu tarixə qədər iş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılmışdısa, hazırda həftəiçi reyslərin sayı 103-dür. Qrafikin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır. Bütün bu dəyişikliklər nəticəsində Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayı 37 mindən 42 600-ə qədər artıb.

Nəzərə alınmalıdır ki, reyslər təyin edilərkən həm mövcud qatar sayı, həm infrastruktura və qatarlara davamlı baxış və zəruri hallarda təmir işləri, həm də yük qatarlarının hərəkəti nəzərə alınır", - deyə B.Hacıyev bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri