“Sumqayıt” Bk nın baş məşqçisi hakimləri qərəzli idarəçilikdə ittiham etdi
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sumqayıt” basketbol komandasının baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasının beşinci turunda “Sabah”a qarşı keçirilən görüşdən sonra hakimlərin idarəçiliyindən narazılığını ifadə edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinin 100:85 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanı şərh edib.
“Nəticəyə baxmayaraq, oyunun müəyyən hissələrində yaxşı təsir bağışladıq. Komandamızın yeni formalaşdığını nəzərə alsaq, belə bir rəqibə qarşı pis oynamadıq. Məğlubiyyətimizin əsas səbəbi rəqibin sürətli əks-hücumlarda qazandığı 28 xal oldu. Bu da hələ tam formalaşmış komanda olmamağımızla bağlıdır”, - deyə Özdəmir bildirib.
Baş məşqçi hakim qərarlarının da qarşılaşmanın nəticəsinə təsir göstərdiyini vurğulayıb:
“Məğlubiyyətin səbəblərindən biri kimi hakimlərin səhv qərarlarını göstərə bilərəm. Onlar eyni qayda pozuntularını fərqli şəkildə qiymətləndirirdilər. Əlbəttə, öz səhvlərimizi də təhlil edəcəyik. Daha yaxşı oynaya bilərdik, lakin hakimlər rəqibə qarşı daha güzəştli davranırdılar. Bununla bağlı etirazlarımı onların özlərinə də bildirdim”.
Qeyd edək ki, keçirdiyi beş qarşılaşmadan birində qələbə qazanan “Sumqayıt” dörd dəfə məğlub olub. “Sabah” isə dörd oyundan üçündə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 01 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















