“Sumqayıt” FK nın mətbuat katibi: İmişli nin apellyasiya şikayəti vermək hüququ var
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sumqayıt" futbol klubundan Misli Premyer Liqasının IV turu çərçivəsində "İmişli" ilə keçirilmiş oyuna görə sonuncuya verilmiş (0:3) məğlubiyyətə reaksiya verilib.
Mətbuat katibi Zaur Xudiyev İdman.biz-lə söhbətində bu qərarın çempionatın əsasnaməsinə uyğun olaraq verildiyini qeyd edib.
"İntizam Komitəsi belə bir qərar qəbul edib və bu, qanunun tələbinə uyğundur. Bu qərarla razılaşmaya bilmərik. "İmişli"nin bu qərarla razılaşmaması onların hüququdur. Onların da qanuni olduğu üçün apellyasiya şikayəti vermək hüququ var. Biz "Sumqayıt" Futbol Klubu olaraq bu məsələyə münasibət bildirə bilmərik. Yalnız xatırlatmaq istərdik ki, buna bənzər hallar əvvəllər də Premyer Liqada baş verib və "İmişli" ölkə çempionatları tarixində texbiki məğlbiyyət alan ilk komanda deyil”, - mətbuat katibi bildirib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının IV turunun “İmişli” – “Sumqayıt” oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Lakin meydançaya protokolda yer almayan futbolçunu buraxdığı üçün "İmişli"yə texniki məğlubiyyət verilib.
Vüqar Vüqarlı
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















