Icma.az
close
up
RU
Sumqayıt hadisələri əvvəlcədən düşünülmüş bir ssenari idi Səbinə Salmanova

Sumqayıt hadisələri əvvəlcədən düşünülmüş bir ssenari idi Səbinə Salmanova

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Emənilər tarix boyu yalan və saxtakarlıqlara əl ataraq ölkımizə qarşı əsassız iddialar irəli sürüblər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu absurd iddialardan biri də elə Sumqayıt hadisələri ilə bağlıdır. Ermənilər o zaman SSRİ dövründə Azərbaycana qarşı planlaşdırılmış və ermənilərin əli ilə törədilmiş təxribat hadisələrini sanki onların faciəsi kimi qələmə verməyə çalışıblar.

Deputat qeyd edib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş hadisələrin ssenarisi əvvəlcədən hazırlanmışdı:

“Həmin günlər ermənilər Sumqayıtda özlərinə xas olan bir şou yaratdılar. Belə ki, onlar tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdi, müxtəlif bədən xəsarəti alan 198 nəfərin 87 nəfəri isə xəstəxanaya yerləşdirilmişdi. Bundan başqa, hadisələr zamanı 60 mənzil qarət edilmiş,14 avtomaşın yandırılmış, 8 avtomaşın zədələnmiş, 16 ticarət obyektinin şüşələri qırılmış. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzilmişdi. Bir xüsusi məqam da ondan ibarətdir ki, Sumqayıtda evlərinə hücum edilənlər məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olublar”.

S.Salmanova bildirib ki, aparılan araşdırmalar və şahid ifadələri təsdiq edir ki, hadisələrin təşkilatçısı, iki dəfə məhkum edilən Eduard Qriqoryan olub:

“Təsadüfi deyil ki, SSRİ Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq Vladimir Kaliniçenko da müsahibələrində Qriqoryanın cinayətkar kütləni yönləndirən şəxs olduğunu təsdiqləmişdi:

“Qriqoryan cinayətkar kütləni yönləndirən şəxs idi. Həbs olunmasına qədər şahidlərin ifadələrinə görə o, gah ləzgi, gah dağıstanlı, gah da avar kimi – bir sözlə, Şimali Qafqaz nümayəndəsi kimi göstərilirdi.” Çoxsaylı şahid ifadələri həmçinin təsdiqləyir ki, o, şəxsən 6 nəfəri öldürüb və erməni millətindən olan 3 qadına təcavüz edib. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb".

Səbinə Salmanova, deputat

“Bir məsələni də diqqətə çatdırım ki, 2019-cu ildə Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki çıxışında dövlətmizin başçısı İlham Əliyev qeyd etdi ki, biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. Ölkə başçımız onu da əlavə etdi ki, Qriqoryan həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır: "Bax sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir". Bütün bu faktlardan da aydın görünür ki, 1988-ci il fevralın sonlarında erməni şovinist millətçilərinin təşkil etdiyi və erməni ekstremistlərinin həyata keçirdiyi Sumqayıt hadisələri faşist ideologiyalı hayların indiki Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlının zorla tarixi yurdlarından qovulması, Qarabağın Ermənistana birləşdirilməsi kimi çirkin planlarının qanlı bəndlərindən sadəcə biri olub”, - deputat sözlərinə əlavə edib.

Parlamentari vurğulayıb ki, 37 il əvvəl baş vermiş Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib:

“Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir ssenari idi. Ermənilər bu qanlı əməllərindən öz mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirdilər. Ancaq zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi”.

Nərgiz Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri