Icma.az
close
up
RU
Sumqayıt ın qapıçısı: Qarabağ yüksək pressinqlə hücum futbolu oynayır, təzyiqi daim hiss edirsən MÜSAHİBƏ

Sumqayıt ın qapıçısı: Qarabağ yüksək pressinqlə hücum futbolu oynayır, təzyiqi daim hiss edirsən MÜSAHİBƏ

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"la görüşdə qələbə qazanmağı bacardınız. Bu cür nəticə olacağını ehtimal edirdiniz?

Biz hamımız "Qarabağ"ın gücünü bilirik. Başa düşürdük ki, bizi çox ağır oyun gözləyir. Oyuna çox ciddi hazırlaşmışdıq və yanaşmışdıq. Şadam ki, qalib gəlməyi bacardıq.

- Demək olar ki, ötən mövsümlə müqayisədə bu mövsüm “Sumqayıt”ın heyəti daha güclüdür?

Ən yaxşı heyətin hansı olduğunu söyləmək istəməzdim. Bu, düzgün olmazdı. Amma indi bizdə olan heyətlə yaxşı nəticə əldə edə bilərik.

- Saşa İliçlə işləməyin xüsusiliyi var? Futbolçularla işbirliyində daha çox bəyəndiyin məqam hansıdır?

İndi qapıçının funksiyası bütün digər tələblərlə dəyişib. Yəni daha çox məsuliyyət var. Hansı ki, bu da mənim çox xoşuma gəlir. Baş məşqçimizin etimadını doğruldacam.

- "Qarabağ"ın meydana daha çox ehtiyat qüvvə ilə çıxması sizə çox kömək oldu? Yəqin ki, istənilən halda, “Qarabağ”ı məğlub etmək sizin üşün böyük motivasiya olacaq?

- İstər birinci, istərsə də ikinci heyəti olsun, “Qarabağ” “Qarabağ”dır. Onlar bu yaxınlarda Çempionlar Liqasının vacib matçını oynayıblar. Yoldan gəlmişdilər. Bütün bunlar da bizim lehimizə oldu. 

- Qapıçı olaraq, “Qarabağ”ın təzyiqini hiss edirdin, yoxsa, işin elə də çox olmadı?

Bəlkə də oyuna tez-tez qoşulmurdum. Amma qapımızda daimi təzyiq var idi. Çünki “Qarabağ” yüksək pressinqlə, daim hücum futbolu oynayır. Rəqib olaraq da bunu hiss edirsən.

- “Sumqayıt” artıq iki turdan sonra liderdir. Səncə, bu komandanın gücü nəyə çatacaq? Hədəf hansı pillədir?

Demək olar ki, hələ heç nə oynamamışıq, cəmi iki turda meydana çıxmışıq. İki start matçında qalib gəlmək göstərici deyil. Rahatlaşmaq olmaz və bunu edə bilmərik. Hələ görüləsi çox iş var. Addım-addım düzgün istiqamətdə irəliləyəcəyik.

- Qarşıdakı turda “Şamaxı” ilə qarşılaşacaqsınız. Bu oyun haqda fikrin necədir?

Çempionatda asan oyunlar yoxdur. Bunu ilkin start göstərir. Çempionat daha rəqabətlidir və çətinləşib.

- Bu mövsüm stabil və daimi oynayan azərbaycanlı qapıçılar çox deyil. Sən artıq iki turda meydana çıxmısan. Bu mənada, Azərbaycan milli komandasına dəvət ediləcəyinizə inanırsınız?

Əgər mənə belə bir fürsət verilsə, ölkəni fəxrlə təmsil edəcəm. Mən isə qarşıdakı oyunlarda komandamıza kömək etmək üçün əlimdən gələni edəcəm.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Avqust 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri