Sumqayıt öz meydanında Araz Naxçıvan a qalib GƏLDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib.
Redaktor.az xəbər verir ki, SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Ronaldo Vaskez (62) və Nihad Əhmədzadə (82) fərqləniblər. Naxçıvan kollektivinin yeganə qolunu isə Alberto Fernandes (32) vurub.
Qonaq komanda qarşılaşmanı 10 nəfərlə bitirib. 85-ci dəqiqədə Ağadadaş Salyanskiy qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra "Sumqayıt" 8 xalla səkkizinci, 2 xala malik "Araz-Naxçıvan" isə sonuncu - onikinci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun ilk qarşılaşmasında "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 Oktyabr 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















