Icma.az
close
up
RU
Sumqayıt Sənaye Parkında ildə 250 300 elektrik avtobusu yığılması planlaşdırılır

Sumqayıt Sənaye Parkında ildə 250 300 elektrik avtobusu yığılması planlaşdırılır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakının və Azərbaycanın digər şəhərlərinin küçələrində gördüyümüz elektrik avtobuslarının bir hissəsi artıq Sumqayıt Sənaye Parkında yığılır. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “BYD Azerbaijan Energy Automotive Factory” MMC tərəfindən elektrik mühərrikli avtobusların yığımı həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin investisiya dəyəri 29 milyon manatdan çoxdur. Müəssisədə 600 nəfərin işlə təmin edilməsi və ildə 250-300 ədəd elektrik avtobusu yığımı nəzərdə tutulur.

İlkin mərhələdə 12 metr uzunluğunda “BYD K9UD” model elektrik avtobusları yığılır. 82 sərnişin tutumuna malik avtobuslar tam şarjla 350 kilometrədək məsafə qət edə bilir.

Qeyd edək ki, 2025-ci ildə “BakuBus” MMC ilə elektrik avtobuslarının tədarükü üzrə 16 milyon 675 min manat dəyərində müqavilə də imzalanıb. Sumqayıtda yığılan elektrik avtobusları artıq Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunur. Belə ki, 2026-cı ilin avqustunda Naxçıvan şəhərində istifadəyə verilən 60 ədəd “BYD” markalı elektrik avtobusu da Sumqayıt Sənaye Parkında yığılıb. Layihə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yerli istehsalının inkişafına, müasir texnologiyaların tətbiqinə, sənaye potensialının genişləndirilməsinə və nəqliyyat vasitələri istehsalında lokallaşdırmanın artırılmasına töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri