Icma.az
close
up
RU
Sumqayıta manatlıq taksilərin və mikroavtobusların BAZARI BAĞLANDI

Sumqayıta manatlıq taksilərin və mikroavtobusların BAZARI BAĞLANDI

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Bizim.Media xəbər verir ki, Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə "20 Yanvar" stansiyasına qədər hərəkət edəcək.
18 metr uzunluğu olan avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək.
Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 manat müəyyən edilib.
Yeni avtobus xəttinin açılması Sumqayıtdan Bakıya gələnlərin ürəyincə olsa da, "manatlıq" taksilərin və mikroavtobus sürücülərinin kefinə soğan doğrayıb.
Çünki 500 nömrəli avtobus fəaliyyətə başlayandan sonra "manatlıq"lara maraq azalacaq. Sürücülərin sosial şəbəkələrdəki paylaşımlarından aydın olur ki, proses başlayıb. Artıq sərnişinlər "manatlıq"lardan deyil, yeni avtobus xəttində hərəkət edən avtobuslardan istifadə edirlər.
Avtobusun üstünlükləri nələrdir?
- Avtobus xüsusi zolaqla hərəkət edir, amma "manatlıq"lar və mikroavtobuslar həmin zolağa daxil ola bilmirlər. Ona görə də vaxt baxımından yeni avtobus daha sərfəlidir. Çünki "manatlıq"lar və mikroavtobuslar avtobus zolağına daxil ola bilmədiyi üçün uzun müddət qalmalı olurlar. 500 nömrəli avtobuslar isə xüsusi zolaqdan istifadə etməklə, mənzil başına tez çatır.
- Avtobus "manatlıq"lara qiymət baxımından da zərbə vurub. Bakı-Sumqayıt və əksinə hərəkət edən taksilər adətən sərnişi 1-2 manata daşıdığı halda, 500 nömrəli avtobusun gedişhaqqı 0,80 manatdır.
- Əsas məqamlardan biri də təhlükəsizlikdir. Qeyd edilən istiqamətdə səfər edən vətəndaşlar bilir ki, "manatlıq"ların və mikroavtobusların sürücüləri nəqliyyat vasitəsini sürətlə idarə edilər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir. Dövlət tərəfindən xəttə buraxılan avtobusların sürətinə isə xüsusi nəzarət olunduğu üçün sürücülər təhlükəli manevrlərdən çəkinirlər.
Təbii ki, sərnişin 1-2 manat ödəyib tıxacda uzun müddət gözləmək və təhlükəli anlar yaşamaq əvəzinə 0,80 qəpik ödəyib rahat avtobusdan istifadəni seçir. Bu isə "manatlıq"lara və mikroavtobuslara marağı kəskin azaldır. Nəticədə onların gəliri azalmağa doğru gedir. Proseslər göstərir ki, yaxın 3-4 il ərzində qeyd edilən xidmətə maraq azaldığı üçün "manatlıq"lar tarixə qovuşacaqlar. (Day.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see262

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see178

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see150

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see137

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see135

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see125

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri