Icma.az
close
up
RU
Sumqayıtda 30 yaşlı kişi arvadına xəsarət yetirdi

Sumqayıtda 30 yaşlı kişi arvadına xəsarət yetirdi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərində 30 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Sumqayıtçay qəsəbəsi ərazisində baş verib. 1995-ci il təvəllüdlü Fəqan həmin qəsəbədə yerləşən fərdi yaşayış evində aralarında yaranmış ailə münaqişəsi zəminində mübahisə zamanı həyat yoldaşı Könülün (adlar şərtidir – red.) kürəküstü və sol qol nahiyyələrinə dəmir mala aləti ilə vurub. 
Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, hadisə günü işdən gecə növbəsindən gəldikdən sonra evinin həyətində iş görən zaman həyat yoldaşı ilə aralarında mübahisə yaranıb: “Əlimdəki “mala” ilə həyat yoldaşımın baş və çiyin nahiyyəsindən 2 dəfə vurdum. Hazırda zərərçəkmiş şəxslə barışmışam. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, həyat yoldaşı işdən gecə növbəsindən gəldikdən sonra aralarında pul məsələsi ilə bağlı mübahisə yaranıb: “Nəticədə əlindəki “mala” ilə mənim baş, qol və çiyin nahiyyələrimdən vurdu. Fəqan yuxusuz və əsəbi olduğu üçün etdiyi əməlindən peşman olaraq evdən getdi”.
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən də zərərçəkən şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri