Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Sumqayıtda 40 bina SÖKÜLƏCƏK 1500 ailənin taleyi necə olacaq?

Sumqayıtda 40 bina SÖKÜLƏCƏK 1500 ailənin taleyi necə olacaq?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Sumqayıt şəhərində köhnə və istismar müddətini başa vurmuş yaşayış binalarının sökülməsi nəzərdə tutulur. Təxminən 40 binanın sökülməsi və 1500-ə yaxın mənzilin bu prosesə cəlb edilməsi planlaşdırılır.

Bunu "Bakupost" açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, artıq müəyyən ünvanlarda hazırlıq işlərinə başlanılıb, inventarizasiya prosesi aparılır:

"Bu tədbirlər Sumqayıt şəhərinin yenidən qurulması, köhnə mənzil fondunun yeni yaşayış binaları ilə əvəzlənməsi istiqamətində həyata keçirilir. İlkin mərhələdə 21-ci və 29-cu məhəllələrdə, 2-ci mikrorayonun 17-ci məhəlləsində, eləcə də 5-ci məhəllədə yerləşən Kimyaçılar yaşayış massivindəki qəzalı binaların sökülməsi nəzərdə tutulur. Sakinlərə veriləcək kompensasiyanın məbləği ərazidən və həmin ərazilərdə yeni binaların tikilib-tikilməyəcəyindən asılı olacaq. Yeni yaşayış binalarının inşa ediləcəyi ərazilərdə sakinlərin mənzillə təmin olunması, tikinti aparılmayacaq ərazilərdə isə pul kompensasiyasının ödənilməsi planlaşdırılır. Kompenasasiya məbləği 1 500-2 000 manat aralığında nəzərdə tutulur", – deyə o bildirib.

Söküntü işlərinin başlanma vaxtı və yekunlaşma müddətinə gəlincə, Vüqar Oruc bu prosesin hər bir ərazi üzrə layihələndirmə, inventarizasiya, maliyyələşmə və sakinlərlə razılaşmadan asılı olacağını qeyd edib.

"İlkin hazırlıq işləri aparılsa da, bütün binalar üzrə konkret söküntü qrafikinin və yekun tarixlərin rəsmi şəkildə açıqlanması vacibdir".

Vüqar Oruc əlavə edib ki, sakinlərə kompensasiya ödənilməsi ilə yanaşı, yeni tikiləcək binalarda mənzillə təminat mexanizmi də nəzərdən keçirilməlidir.

“Düşünürəm ki, belə layihələrdə sakinlər üçün iki əsas alternativ olmalıdır: ya onların əmlakının real bazar dəyərinə uyğun ədalətli pul kompensasiyası verilməli, ya da yeni tikilidə əvvəlki yaşayış şəraitini qoruyan, mümkün qədər daha əlverişli mənzil təqdim olunmalıdır. Burada əsas məsələ vətəndaşın seçim hüququnun və mülkiyyət maraqlarının qorunmasıdır.Köhnə mənzilin sahəsi, yerləşdiyi mərtəbə, otaqların sayı, binanın yerləşmə mövqeyi və ərazinin bazar qiyməti kompensasiyanın müəyyənləşdirilməsində nəzərə alınmalıdır. Bütün mənzillərə eyni qiymət yanaşmasının tətbiqi obyektiv qiymətləndirmə prinsiplərinə uyğun olmaz”, - deyə V.Oruc vurğulayıb.

AQC İdarə Heyətinin sədri hesab edir ki, kompensasiya məbləğlərinin müəyyənləşdirilməsində müstəqil peşəkar qiymətləndirmənin tətbiqi mübahisələrin qarşısını almağa kömək edə bilər. Eyni zamanda, yeni mənzillərin təhvil verilməsinə qədər sakinlərin müvəqqəti yaşayış və kirayə xərcləri də əvvəlcədən razılaşdırılmalıdır.

Vüqar Oruc bildirib ki, Sumqayıtda nəzərdə tutulan yenidənqurma layihəsi düzgün planlaşdırılarsa, şəhərin yaşayış fondunun keyfiyyətinin yüksəldilməsinə, əmlak bazarının inkişafına və şəhər mühitinin müasirləşdirilməsinə töhfə verə bilər.

“Bizim üçün əsas meyar tikilən yeni binaların sayı deyil, bu proses nəticəsində vətəndaşların həyat şəraitinin necə dəyişəcəyidir. Şəhər yenilənməli, amma bu yenilənmənin mərkəzində insan və onun mülkiyyət hüquqları dayanmalıdır”, – deyə o əlavə edib.

Lalə Novruz, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri