Icma.az
close
up
RU
Sumqayıtda antisanitariya: Zibil qabları günlərlə daşınmır FOTO

Sumqayıtda antisanitariya: Zibil qabları günlərlə daşınmır FOTO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində zibillər vaxtında yığışdırılmır. Üfunət səbəbindən ərazidən keçmək mümkün deyil".

Hurriyyet.Az bildirir ki, bunu Bakupost.Az-a şikayət edən Sumqayıt sakinləri deyib.

Onların sözlərinə görə, yaxınlıqda böyük supermarket yerləşir. Sakinlərdən başqa, market də xarab olan məhsulları və zibilləri ora atır:

"Ərazidə antisanitariyya vəziyyəti hökm sürür. Zibil konteynerləri günlərlə boşaldılmır. Bu, həm ətraf mühitə ziyan vurur, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Zibil tullantıları vaxtında yığışdırılmadığı üçün ətrafa pis qoxu yayılır. Konteynerlərdə yer olmadığı üçün sakinlər zibili yerə atmağa məcbur olur".

Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə Bakupost.az-a ada bildirib ki, bələdiyyənin yaranmış vəziyyəti birbaşa həll etmək imkanı yoxdur, sakinlər isə siqnal xidməti vasitəsilə müəyyən məbləğ qarşılığında əraziyə xüsusi məişət tullantıları maşını cəlb edə bilərlər:

"Şəkillər və videolardan görünür ki, antisanitariya vəziyyətin yaranmasında yaxınlıqdakı supermarketin böyük rolu var. Çünki məişət tullantılarının qalaqlanıb qaldığı yer həmin obyektə çox yaxındır. Problemin tam həlli üçün Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlanılması məqsədəuyğundur," - deyə o əlavə edib.

Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə də əlaqə saxladıq. O, Bakupost.az -a problemin əsas səbəbkarı kimi yaxınlıqdakı böyük supermarketin fəaliyyətini göstərdi:

"Supermarketə ərazinin təmizliyini nəzarətdə saxlamaq və tullantıların vaxtında yığışdırılması üçün ciddi tapşırıq verilib. Hazırda həmin ərazi zibillərdən tamamilə təmizlənib", - deyə Eyvaz Qocayev bildirdi.

Lalə, Bakupost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri