Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakının mərkəzindən yoxa çıxan zibil qabları

Bakının mərkəzindən yoxa çıxan zibil qabları

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda COP29 ərəfəsində əksər küçələrdə kiçik ölçülü zibil qabları - urnalar quraşdırılmışdı. Sakinlər, turistlər əllərindəki tullantıları rahatlıqla qısa vaxtda zibil qabı tapıb ata bilirdi. Son zamanlar isə vətəndaşlar şikayət edir ki, əksər zibil qabları sökülüb. Bir çox ərazilərdə belə hallar mövcuddur. Bu səbəbdən də vətəndaşlar ətrafda zibil qabı tapa bilmir və zibili yerə tullayır. Vətəndaşlar iddia edirlər ki, zibil qablarının yığışdırılmasının səbəbi daha çox cərimə yazıla bilməsi üçündür. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti rəhbəri Mətin Hüseynovun sözlərinə görə, zibil qablarını hər rayon üzrə Mənzil Kommunal Təsərrüfatı Birlikləri yerləşdirir: "Hər bir MKTB öz ərazisinə cavabdehdir. Yəni vətəndaş konkret ərazi üzrə həmin qurumlara müraciət etməlidir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti isə narıncı və yaşıl konteynerləri yerləşdirir. Amma siz dediyiniz zibil qabları, yəni urnaları hər rayon öz tələbatına görə yerləşdirir”. 

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirildi ki, zibil qutuları küçələrdə əsasən 100 metrdən bir yerləşdirilir və bu, ümumi standartdır: "Sadəcə əhalinin daha sıx olduğu yerlərdə artıq standart 50 metr olur. Məsələn, "Fəvvarələr bağı” kimi insanların çox toplaşdığı yerlərdə bu məsafə 50 metrə qədər azaldılır. Amma standart 100 metrlik məsafədir”.

Urbanist Anar Əliyevin fikrincə, zibil qabları şəhərlərin ayrılmaz hissəsidir: "Yerə zibil atmaq qəbulolunmazdır. Lakin insanların zibili yerə atmaması üçün zibil qabları mütləq olmalıdır. Çünki bu şəhər infrastrukturunun bir parçasıdır. Ən az 100 metrdən bir zibil qabları olması vacibdir”.

Ekoloq Sadiq Həsənovun sözlərinə görə, COP29 dövründə bu işlərə çox ciddi yanaşılırdı. Bu tədbirdən sonra da ənənələri davam etdirməliyik: "Zibil qutularının qoyulması qanunvericilikdə əksini tapıb. Nazirlər Kabinetinin 2005-ci il 74 saylı qərarında konkret məsafələr qeyd olunub. Parklar və xiyabanlarda zibil qutuları arasında məsafə 40 metrdən az olmamalıdır. Daha çox insanların olduğu ərazilərdə isə 10-50 metr arası nəzərdə tutulub. Zənnimcə, tullantı qabları qəsdən yığışdırılmayıb. Ola bilsin ki, hansısa ərazilərdə tullantı qabları çatışmadığından bir az saylarını azaldıblar. Ancaq hər bir halda bu nizamlanmalıdır. Hansı rayonlarda ki, zibil qabı yoxdur, həmin ərazilərdə bələdiyyələrə yaxud icra hakimiyyətlərinə müraciət etməliyik ki, problemi həll etsinlər”. 

S.Həsənov bildirdi ki, zibilin yerə atılması təkcə təbiətə yox, həm də bizim sağlamlığımıza ziyandır: "Zibil qabı olmayan ərazilərdə insanların zibili yerə atması qəbul edilən hal deyil. Əgər ətrafda zibil qabı yoxdursa, qarşına zibil qabı çıxana qədər onu saxlamaq lazımdır. Ətraf mühitə atdığımız hər tullantı müəyyən formada bizə geri dönür. Həm ərazini çirkləndirir, həm də külək vasitəsilə ətrafa yayılır. Qida maddələri sürətlə parçalanıb zəhərli qazlar yaradır. Hansı ki, bəzən zibil qalıqlarının yanından keçdikdə xoşagəlməz qoxunu hiss edirik”. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov da düşünür ki, insanlar bu kimi hallarda müvafiq qurumları xəbərdar etməlidir: "Ola bilər ki, zibil qutusunu kimlərsə oğurlayır, yaxud müəyyən səbəblərdən yığışdırılır. Bütün ərazilərə nəzarət edən qurumlar var. Onlar bu zibil qablarına məsuliyyət daşıyırlar. Urnalara müvafiq rayon icra orqanları, icra hakimiyyətlərinin nəzdində kommunal təsərrüfat birlikləri baxır”.

R.Muradovun fikrincə, hər kəs əlindəki tullantını özü daşımalı və lazım olan yerə atmalıdır: "Məsələn, Yaponiyada siqaret çəkənlərin hər birinin əlində xüsusi qablar olur. Onlar hətta siqaretin külünü belə çölə atmırlar. Külünü də qaba tökürlər və tullantı üçün nəzərdə tutulan qutulara boşaldırlar. Bəzən görürük ki, insanlar tum çırtlayıb yerə tökür. İrad da bildirəndə deyirlər ki, onsuz da kimsə süpürəcək. Amma bu, düzgün yanaşma deyil. Hər kəsin əlində paketi olmalıdır ki, zibili olanda və qutu tapmayanda oraya ata bilsin. Çünki yerə zibil atmağa görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Ətraf mühitin mühafizəsi haqqında qanun mövcuddur. Orada bu kimi məsələlər qeyd olunub”. 

Deputatın sözlərinə görə, cərimələrdən əlavə, insanları maarifləndirmək də lazımdır: "İnsanlar başa düşməlidirlər ki, urnanın olmaması ətrafı çirkləndirməyə səbəb ola bilməz.  Təkcə şəhərdə yox, dənizdə, meşədə də bəzən görürük ki, insanlar zibillərini tullayıb gedir, maşından yerə atırlar. Amma Azərbaycan bizim torpağımızdır, onu qorumaq, təmiz saxlamaq hamımızın vəzifə borcumuzdur”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Avqust 2025 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri