Icma.az
close
up
RU
Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay mövsümündə Neftçala rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən və “Şirvanlı çimərliyi” kimi tanınan Xəzər sahilində çimərliklərə vətəndaşların axını artıb. Kilometrlərlə uzanan bu sahil zolağında hazırda onlarla çimərlik fəaliyyət göstərir.

Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, ərazi ailəvi istirahət üçün ucuz başa gələn yer sayılır. İstirahət edənlərin əksəriyyəti özü ilə yemək gətirir, bəzi ailələr çaydan və samovar quraraq çay dəmləyir. Eyni zamanda, səyyari xidmətlər vasitəsilə yemək və içki də təklif olunur. Günəşdən qorunmaq üçün isə 15-20 manata kölgəliklər kirayələnə bilir. Bu da ümumilikdə rayon əhalisinin büdcəsinə uyğundur.

Lakin sahilboyu müşahidə edilən mənzərə narahatlıq doğurur. Ərazidə zibil qutularının olmaması, qarpız qabıqları, plastik butulkalar və yemək qalıqları ilə müşayiət olunan antisanitariya vəziyyəti getdikcə ağırlaşır. Bəzi sahələrdə səyyar kafelər olsa da, ümumi nəzarət və təmizlik olmadığından dənizdən 30-50 metr məsafəyə qədər olan sahil zolağı tullantılarla doludur. İstirahət edənlər də bu vəziyyətdən narazıdır. Salyan sakini Yaqub Mehdiyev bildirir ki, dəniz havası qiymətsizdir, amma zibil yığınları bu gözəlliyə kölgə salır. Neftçala sakini Namus Alıyev hər istirahət günü bu əraziyə gəldiyini deyir. 60 yaşlı sakin zibil qabılarının olmamasını zibilliyə şərait kimi qiymətləndirir. Onun sözlərinə görə, dənizin bu hissəsi həm təmiz, həm də sakitdir.

Əgər burada normal şərait yaradılsa, xarici turistlər də maraq göstərə bilər. Şirvan şəhərindən gələn Səməd Əliyev isə Şirvanlı çimərliyini Qara dənizlə müqayisə edir. Onun sözlərinə görə, buranın qumu qara və müalicəvi xüsusiyyətlidir, üstəlik, dəniz suyu o qədər də duzlu deyil – Kür çayının təsiri ilə duzluluq azalır. Amma bu gözəlliyin ətrafında baxımsızlıq hökm sürür. Bəzi istirahətçilər isə bildirirlər ki, zibilliklər ümumi dəniz istirahətinə xələl gətirir, bəzən pis qoxu yayılır və bu da insanları narahat edir. Vətəndaşların bu narahatlığına cavab olaraq Neftçala Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib.

Qurumun mövqeyinə görə, Şirvanlı çimərliyi ərazisində fəaliyyət göstərən çimərliklər qanunsuzdur. Buradakı mövsümi səyyar iaşə obyektləri hüquqi baxımdan kommunal xidmətlərlə rəsmi müqavilə bağlaya bilmədiyi üçün ərazidə təmizlik və nəzarət məsələləri problemli qalır. Buna baxmayaraq, icra hakimiyyətinin təşəbbüsü ilə sahilboyu ərazidə kommunal-təsərrüfat idarəsi tərəfindən həftəlik təmizlik işləri görülür. Lakin bu tədbirlər sahilə kütləvi şəkildə axın edən vətəndaşların buraxdığı zibilin öhdəsindən gəlməyə kifayət etmir.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 İyul 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri