Sumqayıtda çöpçü belə ifşa olundu Ağzında gizlətdiyi nə idi? VİDEO FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sumqayıt şəhərində fəaliyyət göstərən "çöpçü" qadının insanları aldatdığı iddia edilib. Valideyn bildirib ki, övladlarında hər dəfə "çöp qalması" ilə bağlı tanışların məsləhəti əsasında həmin qadının yanına gedib və o, hər dəfə 10 manat qarşılığında guya "çöp çıxarıb".
Milli.az patrul.az-a istinadən xəbər verir ki, şikayətçinin dediyinə görə, son zamanlar vəziyyətdən şübhələndiyi üçün "çöpçü" qadının icra etdiyi prosesi gizli şəkildə videoya çəkib. Görüntülərdə qadının öz ağzından uşağın burnuna doğru güclü şəkildə üfürərək "çöp çıxarırmış kimi" hərəkətlər etdiyi əks olunur. Videoda vizual olaraq sanki uşağın boğazından nəsə çıxarılır kimi təsir yaransa da, faktiki olaraq qadının sadəcə nəfəs verərək bu təəssüratı yaratdığı və cismi öz ağzından açıq - aydın üfürdüyü görünür.
Valideynin sözlərinə görə, hadisədən sonra uşağın hərarəti 39 dərəcədən düşməyib və həkimlər bunun diş çıxarma mərhələsi ilə bağlı olduğunu bildiriblər. O, məsələnin cəmiyyət üçün ibrət olması məqsədilə ictimailəşdirildiyini və bu qadının fəaliyyətinin araşdırılmasını xahiş edib.
Qeyd edək ki, iddialara görə, sözügedən qadın Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində, "Şamil Market"lə üzbəüz binada yaşayır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















