Icma.az
close
up
RU
Kimə inanmalı: çöpçü, yoxsa həkim?!

Kimə inanmalı: çöpçü, yoxsa həkim?!

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu söz keçmişdən bizə miras qalıb və bu gün də öz aktuallığını itirməyib. Vaxtilə nənələrimiz öz övladlarının, nəvələrinin hərarətinin qalxması, qusması, boğaz ağrısı və ya burnunun axması kimi hallar olanda dərhal çöpçüyə üz tutardı. Aradan illər keçsə də, indi qlamur, modern geyim tərzində olan, saçını boyayan müasir qadınlarımız da eyni addımı atır, çöpçülərə üz tutur. Deməli, müasir həyat tərzi nə qədər inkişaf etsə də, hələ də tam izah edə bilmədiyimiz inanclar və adətlər qalmaqdadır.

Xalq arasında “çöpçü”, “bel çəkən” ,“çildağçı”, “sınıqçı “, “nəzərçi” kimi tanınan bu insanlar hamımıza tanışdır. Üstəlik, bir çoxları razılaşar ki, bu peşə sahiblərinin gördüyü işlər hələ də elmin tam izah edə bilmədiyi sirlərdən sayılır.
Əvvəlki illərlə müqayisədə çöpçülərin gigiyenik qaydalara riayət etməsində müəyyən irəliləyişlər müşahidə olunur. Artıq bir çox çöpçülər hər uşağa baxmazdan əvvəl əllərini spirtlə təmizləyirlər , sonra uşağa yanaşırlar. Bununla belə, onların da heç olmasa hər altı aydan bir tibbi müayinədən keçməsi mütləq vacibdir.
Qeyd edək ki, ölkəmizdə çöpçü peşəsi ilə fəaliyyət göstərən yüzlərlə adam var. Yalnız Azərbaycanda rast gəlinən bu peşənin işini elm hələ də öyrənə bilməyib. Bəs çöpçülərə inam nə dərəcədə doğrudur?
Yaxşı, bəs bu çöp həqiqətən varmı və yaxud doğurdan da uşağın boğazında qalırmı? Bunu elm birmənalı inkar edir, belə bir şey yoxdur, amma bunu hamımız bilirik ki, bəzən yediyimiz yeməyin üstündən 1-2 saat keçəndən sonra boğazımızı haykıranda həmin yemək qırıntıları ağzımıza gəlir, deməli uşaqlar bunu bacarmırlarsa həmin qırıntılar boğazda qala bilər. Amma bu qırıntılar biz azərbaycanlılarda yaman çox qalır, məgər Avropada uşaq böyümürmü, axı orada çöpçü yoxdur.

Mövzu ilə bağlı Bakı şəhərində yaşayan, xalq arasında çöpçü kimi tanınan, Xalidə Həmidova ilə əlaqə saxladıq, onun sözlərinə görə “Elmin qəbul etmədiyi, bəzən elə hallar yaranır ki, elm bu gün də onların qarşısında aciz qalır. Çöpçülərə təkcə uşaqlarla bağlı deyil, böyüklər üçün də müraciət olunur. Əgər çöp yalan olsaydı, bugün çöpçülərə bu qədər ehtiyac olmazdı. Çöpü qalan insanların boğazında çökəklik yaranır, qida qəbul olunan zaman , qida qalıqları ora yığılır , bu da iltihab verir, hərarət yaranır , iştəhasızlıq olur, ağzından pis qoxu gəlir. Bu hallar adətən immun sistemi zəif olan uşaqlarda daha çox rast gəlinir. Çöpçülərin, çildağçıların və ya xalq arasında “ara həkimi” adlandırılan insanların gördüyü bəzi işləri bəzən peşəkar həkimlər belə edə bilmirlər. Məsələn, kiminsə beli düşür, yaxud mədəsi uzanır , xəstəxanaya müraciət olunur, müalicə alır, amma nəticə olmur. Mən isə həm qorxuluq götürürəm, bəzən insan nəzamansa qorxu keçirir, onda narahatılıqlar başlayır, gecə yuxuda ağlamalar, diskinib ayılmalar və s. bu hallarda da mənə müraciət olunur və xeyrini də görürlər. Mən həm də çöpçülük edirəm, həm beli və mədəsi düşən insanlara kömək göstərirəm. Bir sözlə əllərim şəfalıdır. Bu üsul həm daha sərfəlidir, həm də çox vaxt daha təsirli olur.

Məsələn, mədənin uzanması halında həkimlər çox vaxt əməliyyata əl atırlar ki, bu da risklidir. Eyni şəkildə, boğazda çöp qalarsa, onu çıxarmaq üçün cərrahi müdaxilə lazım olur və bu, bəzən təhlükəli nəticələr doğura bilər. Bizim üsulumuz isə sadə və zərərsizdir yalnız üfürməklə və burun-boğazın təmizlənməsi ilə problemi aradan qaldırırıq.

Onun sözlərinə görə, yanına uşaqlarla yanaşı , yaşlılar da çox gəlirlər: “Onlar uşaqlıqdan bu vərdişə öyrəşiblər, boğazda qalan xırda qırıntılar artıq orada özünə yer salıb. Yaşlı insanlarda isə diş olmadığına görə, protezlə çeynəməni yaxşı etmədikləri üçün, çox vaxt çöp qalır” Çöpçü əlavə edir ki, bəzi həkimlər bu sənəti qəbul etməsələr də, elə uşaq həkimləri var ki, bəzən öz pasiyentlərinə çöpçüyə müraciət etməyi tövsiyə edirlər.

Adının qeyd olunmağını istəməyən digər çöpçünün sözlərinə görə, “ uşağın hərarəti qalxırsa, həkimə aparır , müalicə qəbul edir, lakin xeyrini görmürsə, çox hallarda bizim yanımıza gəlir. Valideynin gözü qarşısında, evində istifadə olunan xırda əşyalar və ya evində bişən qida qalıqları boğazından çıxırsa, artıq valideynin çöpçüyə inamı, etimadı daha da artır. Bunu danmaq olmaz ki, çöpçülərə yaşlı nəsillərdən bəri, hərzaman təlabat olunub. Çünki insanlar bunun faydasını görür. Bəzən bizim yanımıza çöp şikayəti ilə xəstə gələndə, müayinə edirik, əgər çöpü yoxdursa, həkimə getməyi məsləhət görürük. Hərçənd bizim işimizi insanları dolandırmaq, fırıldaqçılıq adlandırsalar da, inandırım sizləri ki, onların ən yaxın qohumlarında da tez-tez çöpçüyə müraciət edənlər var. Əli hər yerdən üzülən valideyn, gözünün önündə hərarətdə, halsız vəziyyətdə, qucağında uşaqla qapımıza üz tutur, çox şükür bizim vasitəmizlə şəfa tapırsa, bunun nəyi pisdir?! Elə həmən günü uşağın vəziyyəti normallaşır, hərarəti düşür, rahat yuxuya gedir. Hər gün onlarla uşağa, böyüyə kömək edirəm, həqiqətən də çöp olmasaydı, insanların bu qədər axını olardımı?!”!
Deyə çöpçü fikirlərini yekunlaşdırdı.

Məsələ ilə bağlı təbii ki, pediatıra da müraciət etdik, ATU Tədris Terapevtik Klinikasının uşaq xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmaylovun sözlərinə görə, “El arasında “çöp qalması” kimi tanınan hal əslində bəzi uşaqlarda müşahidə edilən anatomik bir xüsusiyyətlə bağlıdır. Tibbi baxımdan bu vəziyyət boğazda yerləşən və “ciblər” adlanan kiçik girintilərlə əlaqədardır. Bu ciblər bəzi uşaqlarda daha geniş olur və nəticədə qida qalıqları həmin nahiyələrdə toplanaraq qalır. Məhz buna görə də insanlar arasında “çöpü qaldı” ifadəsi formalaşıb. Lakin bu vəziyyət bütün uşaqlara aid deyil , əksər hallarda ciblərin ölçüsü kiçik olur və orada qida qalığı qalmır.

Mütəxəssislərin fikrincə, bu anatomik fərq genetik amillərlə bağlıdır. Yəni, boğaz cibləri iri olan uşaqlarda qida qalıqlarının yığılması ehtimalı daha yüksək olur. Belə hallarda düzgün addım çöpçüyə müraciət etmək deyil, həkim müayinəsindən keçmək və tibbi müalicə almaqdır. Müasir tibb bu kimi halları vaxtında aşkarlayıb müalicə etdikdə, uşağın tam sağalması mümkündür.

Təəssüf ki, bəzi hallarda çöpçülər bu vəziyyətdən istifadə edərək insanlarda asılılıq yaradırlar. Bəzi uşaqlarda doğrudan da qida qalıqları ola bilər və çöpçünün müdaxiləsi nəticəsində müvəqqəti rahatlama hiss olunur, lakin bu, problemi kökündən aradan qaldırmır. Əksər uşaqlarda isə belə bir hal ümumiyyətlə yoxdur və çöpçüyə müraciət etməyə ehtiyac qalmır. Buna görə də bu cür hallarda düzgün və təhlükəsiz yol , tibbi diaqnoz və müalicədir” .

Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see205

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see205

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see197

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see195

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see193

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see191

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see182

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see174

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see169

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see168

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see165

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see164

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see164

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see163

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see163

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see161

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see159

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see158

Bu saatlarda çölə çıxmayın, təhlükə var! Əhalinin nəzərinə

14 İyun 2026 11:09see157

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri