Sumqayıtda güclü külək faciəyə səbəb oldu
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhərində güclü külək faciəyə səbəb olub. Hadisə zavod ərazisində baş verib.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ərazidə kərpic daşımaq üçün dayanmış yük maşınının üzərinə beton hasar aşıb. Nəticədə, sükan arxasında olan sürücü faciəli şəkildə həlak olub.
Həlak olan şəxsin Natiq Haqverdiyev olduğu müəyyən edilib. Məlumata görə, mərhum ailəli olub və 4 övladı var imiş. O, Xızı rayonunda kirayədə yaşayırmış və dolanışığını kərpic qırıntısı daşıyıb satmaqla təmin edirmiş.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Əraziyə mütəxəssislər cəlb olunublar, ekspertiza təyin edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sumqayıtda güclü külək faciəyə səbəb oldu
Baxış sayı:97
Bu xəbər 03 May 2025 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















