Icma.az
close
up
RU
“Sumqayıt”da maaş verilmir, üzü Samir Abasova…

“Sumqayıt”da maaş verilmir, üzü Samir Abasova…

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Mövsümdə olduqca yaxşı başlayan “Sumqayıt” 6 oyundu qalib gələ bilmir, son 11 oyunun yalnız birində qələbə görüb. “Kimyaçılar” heç cür “qara zolaq”dan çıxa bilmir, komanda daxilində ciddi problemlər var.

“Sumqayıt” çempionatda yaxşı vəziyyətdə olmasa da, kubokdan kənarda qalsa da, futbol ictimaiyyəti 3-cü yer uğrunda mübarizədə “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan” və “Neftçi” ilə birgə Sumqayıtın eyniadlı təmsilçisini də görürdü. Amma ötən gün komandanın baş məşqçisi Saşa İliç bunun qeyri-mümkün olduğunu bildirdi.
Çox bədbin cavab deyilmi? Hələ qarşıda bir dövrə - 11 tur var. Belə çıxır ki, 2-ci dövrə başa çatan kimi “Sumqayıt” “ağ bayraq qaldırdı”.
Serbiyalı mütəxəssisin son açıqlamasına iki yöndən baxmaq olar. Birincisi, ola bilər ki, həqiqətən də “Sumqayıt” camiəsi artıq bundan sonra ilk “4-lüy”ə düşməyi real saymır. Belədisə, İliçi mövsümün sonunu gözləmədən, indidən şələ-şüləsini yığdırıb yola salmaq lazımdı. Belə heyətlə “Sumqayıt”ı ikinci “6-lıq”da istənilən yerli baş məşqçi saxlayar.
Bəlkə də Saşa İliç mətbuat konfransında bu qədər bədbin danışmaqla rəhbərlikdən şikayətçi olmasının mesajını ötürdü. “Football-plus.az”a daxil olan məlumata görə yeni ildən bəri maaş verilmir. “Bu gün, sabah” deyə-deyə yubadırlar. Pulun verilməməsi də həm futbolçuları, həm də İliç başda olmaqla məşqçilər korpusunu həvəsdən salır.
“Zirə” ilə oyundan sonra sumqayıtlı azarkeşlər futbolçuları danladı, rəhbərlikdən əvvəlcə transfer tələb etdilər, sonra da istefa. Bu mövsüm belə hal olmamışdı.
İliçin təcrübəsinə, komandada lider olacağına güvənib gətirdiyi Nikola Ninkoviç son iki oyunda - 5 gün ərzində iki dəfə “qırmızı” alıb. Serbiyalı futbolçu buna qədər 2018/19 mövsümündə “Askoli”nin, 2013/14 mövsümündə isə “Partizan”ın heyətində iki dəfə meydandan qovulub.
Komandada vəziyyət heç də yaxşı deyil. Bu aydın şəkildə görünür. Kim bilir, bəlkə də yollar bizi yenidən Samir Abasova aparır...
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Mart 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri