Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Sumqayıtda dispanserdə ölüm faktı baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.
Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

