Sumqayıtda tək təkər motosiklet idarə edən sürücü həbs edildi FOTO VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə Sumqayıt şəhərində bir motosiklet sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsi ilə dövlət qeydiyyat nişanları olmadan təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna dair görüntülər yayılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşları həmin görüntüləri araşdırıb və Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən keçirilən tədbirlərlə motosiklet sürücüsü Kamil Kamal oğlu Abbasov müəyyən edilərək saxlanılıb.
Sürücüyə qarşı motoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratdığına görə inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Kamil Abbasov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 İyul 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















