Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib
03 Dekabr 2024 08:17
Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib YENİLƏNİB2 AZƏRTAC
03 Dekabr 2024 08:11
Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
16 Dekabr 2024 20:19
Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib YENİLƏNİB2 VİDEO AZƏRTAC
03 Dekabr 2024 09:24
Sumqayıtda yaşayış binasında partlayış: Sakinlər təxliyə edildi FOTO/VİDEO
03 Dekabr 2024 08:34

