Sumqayıtda yaşayış binasında yanğın Sakinlər təxliyə edildi+VİDEO
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Hurriyyet.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2p.m. elektrik kabeli və 6 ədəd elektrik sayğacı yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Avqust 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















