“Sumqayıt”da yeni baş məşqçi
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Yeni mövsümdən "Sumqayıt" Basketbol Klubunu türkiyəli mütəxəssis Uğur Özdemir çalışdıracaq. Sport24.az xəbər verir ki, o, yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Özdemir Azərbaycan basketbolu üçün tanış simadır. O, buna qədər 2022-24-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən sabiq "Xırdalan" komandasının (hazırda "LANDAU Lions") baş məşqçisi olub.
Qeyd edək ki, gənc mütəxəssisin başçılığı altında "Xırdalan" komandası iki dəfə çempionatın yarımfinalına qədər irəliləyib. Özdemir Türkiyədə "Türk Telekom", "Daruşafaka", "Çankaya Universiteti" və "Giresun" kimi klublarda da çalışıb.
Baxış sayı:115
Bu xəbər 21 Sentyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















