Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olundu FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri və minlərlə şəhər sakini iştirak edib.
Azərbaycanın tanınmış müğənniləri Zülfiyyə Xanbabayeva, Miri Yusif, Nadir Qafarzadə, Samir Cəfərov, Fidan Hacıyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Azər Zeynalov, Aşıq Əli, Aşıq Samirə, Aytən Məhərrəmova, Çinarə Məlikzadə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramında iştirak edib.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















