Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.
"Report"un yerli bürosu məlumat verir ki, Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən konsert proqramında rəsmilərlə yanaşı, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tanınmış incəsənət ustaları öz ifaları ilə sumqayıtlıları təbrik ediblər.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.
Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















