Icma.az
close
up
RU
Sumqayıtın baş məşqçisi: Rəhbərliyin gördüyümüz işləri yüksək qiymətləndirməsi bizi yalnız qürurlandıra bilər MÜSAHİBƏ

Sumqayıtın baş məşqçisi: Rəhbərliyin gördüyümüz işləri yüksək qiymətləndirməsi bizi yalnız qürurlandıra bilər MÜSAHİBƏ

Icma.az bildirir, Report.az portalına istinadən.

"Sumqayıt" klubunun baş məşqçisi Vaqif Cavadov "Report"a müsahibə verib. 35 yaşlı mütəxəssis ötən gün "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik yeni müqavilə imzalaması barədə danışıb. O, komandada yeni uğurlar qazanmaq istədiyini və hədəflərinin olduğunu da söyləyib.

- "Sumqayıt" klubunun Müşahidə Şurasının növbəti iclasında sizinlə 2,5 illik yeni müqavilə imzalanması qərara alındı. Təəssuratlarınız necədir?

- Təbii ki, təəssuratlarım xoşdur. İnanıram ki, gördüyümüz işlər uğurlu nəticələnəcək. Məqsədimiz "Sumqayıt"ı bacardığımız qədər yüksək pillələrə daşımaq və azarkeşləri sevindirməkdir. Rəhbərliyin gördüyümüz işləri yüksək qiymətləndirməsi bizi yalnız qürurlandıra bilər.

- Müqavilə müddətinin artırılması sizin üçün gözlənilən idi?

- Yeni təklifə hazır idim. Rəhbərliklə danışdıq və razılığa gəldik. İnanıram ki, yeni müqavilə hər iki tərəf üçün xeyirli olacaq.

- Müqavilənizin müddəti 2027/2028 mövsümünün sonunda başa çatacaq. Bu zaman ərzində "Sumqayıt"la bağlı hədəfləriniz nədən ibarət olacaq?

- Cari mövsümü bitirə biləcəyimiz ən yüksək pillədə başa vurmaq istəyirik. Yeni hədəflərimiz isə yeni danışıqlardan sonra bəlli olacaq. Yayda rəhbərliklə yenidən oturub, söhbətləşəcəyik. Hansı mövqelər uğrunda mübarizə aparacağımızı həmin vaxt müəyyənləşdirəcəyik. Bütün bu proseslər vaxt tələb edir. Uğur qazanmaq istəyiriksə, pillə-pillə qalxmalıyıq.

- "Sumqayıt" mövsümün ilk yarısında keçirdiyi 18 oyunda 20 xal toplayıb və 13 xal məhz sizin baş məşqçi olduğunuz dövrə təsadüf edib. Komandaya gəlişinizdən sonra uğurlu çıxışı nə ilə əlaqələndirirsiniz?

- Komandanın uğurlu çıxış edib-etmədiyini kənardan baxanlar deyə bilər. Bu barədə mənim danışmağım bəlkə də doğru çıxmaz. "Sumqayıt"ın baş məşqçisi kimi ilk matçda məğlub olmuşduq. Bununla belə, dedim ki, hansı komandaya gəldiyimi yaxşı bilirəm. Komandada potensiallı futbolçular var. Qış fasiləsinə qədər futbolçularımız bunu sübut etdilər. İnşallah, cari mövsümün sonuna kimi işlər istədiyimiz kimi gedəcək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

- Komanda qış fasiləsində mövsümün ikinci yarısına necə hazırlaşır?

- Artıq hazırlıqlara başlamışıq. Gündə iki dəfə olmaqla məşqlər keçirik. Zədəli futbolçularımız yoxdur. Komandanı iki futbolçu tərk edib. Onlardan biri Rəhim Sadıxov, digəri Cordan Rezabaladır. Rəhimin gedişi rəsmən təsdiqləndi. Rezabala isə hələ dəqiq deyil.

- Hər iki futbolçunun gedişi "Sumqayıt"a nə dərəcədə mənfi təsir göstərəcək?

- Rəhim Sadıxov güclü futbolçudur. Lakin yolları ayırmalı olduq. İnanıram ki, onun "Turan Tovuz"a keçidi karyerasına uğur gətirəcək. Rezabalanın gedişi isə dəqiqləşmədiyi üçün bir söz deyə bilməyəcəm. Ola bilsin, onu qaytara bildik. Heyətdə başqa futbolçular var.

- Hansı ölkələrdən futbolçular transfer etməyi düşünürsünüz?

- Demək olar ki, hər ölkədən futbolçular var. Lakin ortada dəqiqləşən söhbət yoxdur. Ümid edirik ki, seçilmlərimizdə yanılmayacağıq. Aralarında yerli futbolçular yoxdur. Hazırkı vəziyyətdə yerli futbolçu tapmaq çox çətindir. Əsas istəyimiz hücum mövqeyini gücləndirməkdir.

- Fevralın 24-dən etibarən AFFA tərəfindən məşqçilər üçün UEFA-nın PRO kateqoriyalı lisenziya kursu təşkil olunacaq. Həmin kurslara qatılacaqsınız?

- Əlbəttə. Hazırda məndə A kateqoriyası mövcuddur. Oxuduqdan sonra PRO lisenziyasını əldə edəcəyəm.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri