“Sumqayıt”ın futbolçulara maaş ödəmədiyi iddia olundu Klubdan ə AÇIQLAMA
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Sosial şəbəkələrdə “Sumqayıt” futbol klubunun oyunçularına maaşlarını vaxtında ödəmədiyi iddia olunub.
Məsələ ilə bağlı İdman.Biz-ə açıqlama verən “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev bildirib ki, bu yazılanlar absurd və əsassız xəbərlərdir.
O, təəssüf edir ki, artıq neçənci dəfədir onlar haqqında yayılan bu cür xəbərləri təkzib etməli olur:
“Daha da üzücüsü odur ki, düzgün və dəqiq məlumatlar ictimaiyyətə çatdırılmır. Hesab edirik ki, həm azarkeşlərimiz, həm də futbol ictimaiyyəti yalnız həqiqətləri bilməlidir”.
Zaur Xudiyev bildirib ki, futbolçuların maaşları vaxtında və tam şəkildə ödənilir.
“Klubun futbolçulara maaş borcu yoxdur və hər hansı kəsinti və ya cəza tədbirindən ümumiyyətlə söhbət gedə bilməz”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 16 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















