Icma.az
close
up
RU
Süni intellekt avadanlıqları dünyasını formalaşdıran 10 şirkət

Süni intellekt avadanlıqları dünyasını formalaşdıran 10 şirkət

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Süni intellekt avadanlıqları bazarı xüsusi çiplərə, sürətləndiricilərə və "edge computing" cihazlarına artan tələbat sayəsində sürətlə böyüyür. 

Qayanrinfo xəbər verir ki, bu sektora istiqamət verən 10 aparıcı şirkət açıqlanıb. Həmin siyahını təqdim edirik:

1. Nvidia - AI donanım bazarının lideridir. GPU-ları müasir süni intellektin əsasını təşkil edir və dərin öyrənmə, maşın öyrənməsi və sürətləndirilmiş hesablama sahələrində geniş tətbiq olunur. "CUDA" platforması isə sənaye standartına çevrilib.

2. AMD - "Nvidia"nın əsas rəqibi olan AMD, "Instinct" sürətləndiriciləri və açıq proqram təminatı platforması ilə bazarda güclü mövqeyə sahibdir. Şirkət yüksək performanslı hesablama və AI tətbiqləri üçün rəqabətcil həllər təqdim edir.

3. Intel - Ənənəvi CPU liderliyindən çoxməqsədli "xPU" strategiyasına keçir. CPU, GPU və digər sürətləndiriciləri birləşdirərək yüksək performanslı hesablama və AI işləri üçün geniş donanım portfeli təklif edir.

4. Meta - Öz infrastrukturunu gücləndirmək üçün "MTIA" adlı xüsusi AI sürətləndiricisini inkişaf etdirib. Çip şirkətin sosial media platformalarında və digər xidmətlərində böyük miqyaslı AI tətbiqlərinə dəstək verir.

5. Qualcomm - "Edge AI" yanaşmasına fokuslanır. Məlumatların cihaz üzərində emalını təmin edərək daha az gecikmə və yüksək məxfilik təklif edir. Bu həllər smartfonlardan tutmuş IoT cihazlarına qədər geniş tətbiq sahəsinə malikdir.

6. Google - Tədqiqat və bulud xidmətlərində özünün "Tensor processing unit" (TPU) çiplərindən istifadə edir. TPU-lar maşın öyrənməsi iş yükünə uyğunlaşdırılıb və "Google"un AI sahəsindəki mövqeyini gücləndirir.

7. Amazon - "Trainium" (AI təlimi üçün) və "Inferentia" (çıxarımı sürətləndirmək üçün) adlı xüsusi çiplər istehsal edir. Bu həllər "AWS" istifadəçilərinə həm qənaətli, həm də yüksək performanslı xidmətlər təqdim edir.

8. Groq - Aşağı gecikməli süni intellekt çıxarımı üçün "Dil emalı vahidi" (LPU) memarlığını inkişaf etdirib. Bu texnologiya böyük dil modellərinin daha sürətli və real vaxt tətbiqlərində daha səmərəli işləməsinə imkan yaradır.

9. Microsoft - Bulud xidmətləri üçün xüsusi AI sürətləndiriciləri hazırlayır. "Azure Maia AI Accelerator" və "Azure Cobalt CPU" şirkətin "Azure" platformasında AI iş yükünü daha səmərəli idarə etməyə yönəlib.

10. Cerebras - Şirkət nəhəng miqyaslı "wafer" prosessorları ilə fərqlənir. Bu çiplər mürəkkəb AI modellərinin sürətləndirilməsi üçün xüsusi hazırlanıb və ənənəvi prosessorlardan daha güclü imkanlar təqdim edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri