Səhiyyədə süni intellekt dövrü: Analiz nəticələrinizi göndərin təhlil etsin
Icma.az bildirir, Milli.az portalına istinadən.
OpenAI süni intellektin səhiyyə sahəsində istifadəsini genişləndirmək məqsədilə "ChatGPT Health" adlı yeni proqramını istifadəyə verib. Şirkət bildirir ki, bu xüsusiyyət istifadəçilərə sağlamlıqla bağlı suallarını daha təhlükəsiz və fərdiləşdirilmiş mühitdə vermək imkanı yaradır. Bununla yanaşı, OpenAI vurğulayır ki, sistem diaqnoz və ya müalicə məqsədi daşımır.
"ChatGPT Health" necə işləyir?
Milli.Az xəbər verir ki, "ChatGPT Health" platforması ChatGPT daxilində tamamilə təcrid olunmuş ayrıca bir proqram kimi fəaliyyət göstərir. Bu bölmədə aparılan söhbətlər digər ChatGPT istifadələrindən ayrı saxlanılır və fərqli yaddaş strukturu ilə qorunur. OpenAI bu yanaşmanın, xüsusilə həssas sağlamlıq məlumatlarının təhlükəsizliyi baxımından əlavə qoruma təmin etdiyini bildirir.
İstifadəçilər daha kontekstual və fərdiləşdirilmiş cavablar almaq üçün şəxsi tibbi qeydlərini və sağlamlıq tətbiqlərini sistemə inteqrasiya edə bilirlər. Dəstəklənən platformalar arasında Apple Health, Peloton, MyFitnessPal, Weight Watchers və Function yer alır. Klinik tarixçənin və laboratoriya nəticələrinin əlavə edilməsi də tövsiyə olunur.
OpenAI-nin məlumatına görə, hər bir platforma fərqli məqsədlərə xidmət edir. MyFitnessPal və Weight Watchers qidalanma ilə bağlı məlumatların təhlili üçün istifadə olunur, Apple Health hərəkət, yuxu və fiziki aktivlik göstəricilərini təqdim edir, Function isə laboratoriya testləri barədə məlumat verir. Tibbi qeydlər əlavə edildikdə ChatGPT Health laboratoriya nəticələrini, həkim müayinələrinin xülasələrini və ümumi klinik tarixçəni təhlil edə bilir.
Diaqnoz və müalicə üçün nəzərdə tutulmayıb
OpenAI bloq yazısında bir daha qeyd edir ki, "ChatGPT Health" diaqnoz qoymaq və ya müalicə tövsiyə etmək üçün hazırlanmayıb. Bununla belə, şirkət etiraf edir ki, istifadəçilərin süni intellektdən necə istifadə etdiyini tam nəzarətdə saxlamaq mümkün deyil.
Şirkətin açıqladığı statistikaya görə, xüsusilə kənd yerlərində və səhiyyə xidmətlərinə çıxışın məhdud olduğu bölgələrdə istifadəçilər həftə ərzində orta hesabla 600 minə yaxın sağlamlıqla bağlı sorğu göndərir. ChatGPT-də səhiyyə mövzusunda aparılan söhbətlərin təxminən 70 faizi klinik iş saatlarından kənarda baş verir.
Bu səbəbdən, rəsmi olaraq diaqnoz məqsədi daşımadığı bildirilsə də, ChatGPT-nin sağlamlıqla bağlı məlumat axtarışlarında geniş istifadə edildiyi və "ChatGPT Health"in bu ehtiyacı daha peşəkar və təhlükəsiz çərçivəyə salmağı hədəflədiyi qeyd olunur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Yanvar 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















