Icma.az
close
up
RU
Süni intellekt chatbotu Turinq testindən keçdi: Bəs indi nə olacaq?

Süni intellekt chatbotu Turinq testindən keçdi: Bəs indi nə olacaq?

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-da aparılan yeni bir araşdırma, süni intellektli chatbotun insana bənzər intellektə malik olduğunu göstərən kritik sınaqdan keçdiyini ortaya qoydu.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, San Dieqo Kaliforniya Universitetindən iki tədqiqatçı tərəfindən aparılan və hələ də ekspert rəyi üçün təqdim edilməmiş araşdırmada dörd böyük dil modeli (LLM) Turing testinə məruz qalıb.

Sınaq nəticəsində "OpenAI" tərəfindən hazırlanmış "GPT-4.5" modeli iştirakçılar tərəfindən 70 faizdən yuxarı nisbətdə insanlardan fərqlənə bilməyib.

Turing testi nədir?

İngilis riyaziyyatçısı və kompüter alimi Alan Turinq tərəfindən 1950-ci ildə təklif edilən Turing testi, maşının insan kimi düşünüb-düşünmədiyini anlamaq məqsədi daşıyan təcrübə kimi tanınır.

Testdə insan sorğu-sual edən biri insan, digəri isə süni intellekt olan iki həmsöhbətlə yazılı şəkildə ünsiyyət qurur və hansının insan olduğunu ayırd etməyə çalışır.

Əgər sorğu aparan şəxs bu fərqi ayırd edə bilmirsə, testdən keçən sistem “insan kimi intellektə” malik sayılır.

Araşdırmada nə tapıldı?

Mart ayında nəşr olunan ilkin araşdırmada "ELIZA", "GPT-4o", "LLaMa-3.1-405B" və "GPT-4.5" adlı dörd süni intellekt modeli sınaqdan keçirilib. 284 iştirakçıdan ibarət eksperimental qrupda hər bir fərd eyni vaxtda biri insan, digəri isə süni intellekt olan iki “şahid”lə beş dəqiqəlik yazışmalar aparıb.

Nəticələrə görə, iştirakçılar 73 faizini "GPT-4.5"i insanla səhv salıblar. "LLaMa-3.1-405B" üçün bu nisbət yüzdə 56 olaraq ölçülsə də, "ELIZA" və "GPT-4o" modelləri müvafiq olaraq yalnız yüzdə 23 və 21 faiz insanlarla səhv salınıb.

Turing testinin tənqidləri

Turing testi illərlə süni intellektin “intellektini” ölçmək üçün istifadə edilən simvolik vasitə olsa da, elmi ictimaiyyətdə onun etibarlılığı ilə bağlı tam konsensus yoxdur.

Testin dörd əsas tənqidi diqqəti cəlb edir:

Davranış və düşüncə arasındakı fərq: Bəzi ekspertlər testin yalnız xarici davranışı ölçdüyünü və faktiki düşünmə qabiliyyətini əks etdirmədiyini iddia edirlər.

Beyin maşındırmı?: Türinqin beynin mexaniki strukturlarla izah oluna biləcəyi yanaşması bəzi elm adamları tərəfindən qəbul edilmir.

Əməliyyat fərqi: Kompüterlər və insanlar fərqli şəkildə işlədikləri üçün bu proseslərin eyni nəticələrə çatsalar da müqayisə edilə bilməyəcəyi ifadə edilir.

Testin əhatə dairəsi: Tək bir davranışın qiymətləndirilməsinin ümumi zəkanın ölçülməsi üçün kifayət etməyəcəyi fikri önə çıxır.

O, doğrudanmı insan kimi düşünür?

Tədqiqatın müəllifləri "GPT-4.5"in sınaqdan keçdiyini etiraf edirlər, lakin bunun sistemin insan intellektinə malik olması demək olmadığını vurğulayırlar. Buradakı süni intellektin ancaq “insan kimi görünməyə” müvəffəq olduğu bildirilir.

Tədqiqatın qısa müddəti və müəyyən "şəxsiyyətləri" götürən modellər kimi dəyişənlərin test nəticələrinə təsir edə biləcəyi də ifadə edilir.

Mütəxəssislərin fikrincə, "GPT-4.5" hələlik insanlar qədər ağıllı deyil. Lakin onun bəzi situasiyalarda insanları inandıra biləcək təqlid qabiliyyətinin olması danılmaz faktdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri