Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Süni intellekt hansı problemlərə səbəb ola bilər?

Süni intellekt hansı problemlərə səbəb ola bilər?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süni intellekt texnologiyaları son illər ərzində həyatın bir çox sahəsində inqilabi dəyişikliklərə səbəb olub. Müsbət tərəfləri çox olsa da, ciddi təhlükə və problemlər yaratmaqda da "peşəkar”dır. Beynəlxalq Enerji Agentliyi də hesabatında bu məqama toxunub. Agentlik açıqlayıb ki, süni intellekt sayəsində enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb və daha da təkmilləşib. Süni intellektin müsbət tərəflərini tez-tez müzakirə edir, faydalanırıq. Bəs mənfi tərəfləri nədir? Süni intellekt hansı problemlərə səbəb ola bilər?

Süni intellekt modelləri vasitəsilə risklərin təhlili, fırıldaqçılığın aşkarlanması və məlumat məxfiliyinin qorunmasında bizneslərə həllər təqdim edən "Polygraf AI”nin baş icraçı direktoru Yaqub Rəhimov "Kaspi”yə açıqlamasında bildirdi ki, süni intellekt, əsasən, çox vaxt aparan, yorucu işlərdə insanlardan daha çox nəticə verir: "Məsələn, 300 min səhifəlik sənədi insandan yaxşı analiz edir. Bu səbəbdən daha çox yorucu işlərdə ondan istifadə halları artacaq və genişlənəcək. Buraya analitik məsələlər, kibertəhlükəsizliyə nəzarət, fərdi dataların qorunmasına nəzarət və sair daxildir”.

Mütəxəssis bildirir ki, süni intellektin tətbiqində iki problem ciddi şəkildə nəzərə çarpır: "Onun tətbiqi xüsusilə data analitikası və verilənlərin təhlili sahəsində daha məqsədəuyğundur. İnsanlar qərarvermə prosesində bəzən emosional, subyektiv və qərəzli yanaşa bildikləri halda, süni intellekt sistemləri obyektiv və məlumat əsaslı analizlər təqdim edə bilir. Lakin bu texnologiyanın tətbiqində iki əsas problemlə qarşılaşa bilərik. Birincisi, şəxsi məlumatların yanlışlıqla və ya nəzarətsiz şəkildə süni intellekt sistemlərinə ötürülməsidir. Bu hallar sintetik data vayninq (verilənlərin süni şəkildə çıxarılması və manipulyasiyası) riskini artırır. İkinci problem isə süni intellekt vasitəsilə həyata keçirilən fırıldaqçılıq hallarıdır. Məsələn, insanların bank hesablarının boşaldılması, şəxsi məlumatlar vasitəsilə əmlaklarına qanunsuz yolla müdaxilə edilməsi bu kontekstdə xüsusilə narahatedicidir”.

Y.Rəhimov bu texnologiyanın peşələri tamamilə əvəz edəcəyi fikri ilə razı deyil: "Cəmiyyətdə bəzən yanlış fikir formalaşır ki, süni intellekt insanları və bəzi peşələri tamamilə əvəz edəcək. Əksinə, süni intellekt əmək məhsuldarlığını artırır, insanların gündəlik rutin və təkrarolunan işlərini avtomatlaşdıraraq onlara daha çox fərdi fəaliyyətlərə və sevdikləri işlərə fokuslanmaq imkanı verir. Beləliklə, bu texnologiyalar düzgün istifadə olunduğu təqdirdə, insanların həyat keyfiyyətini yüksəltmək və tənbəlliyi aradan qaldırmaq baxımından əhəmiyyətli bir rol oynaya bilər”.

İKT üzrə ekspert Elvin Abbasov deyir ki, kibertəhlükəsizlik sahəsində çox dərin və təhlükəli risklər var: "Süni intellekt artıq təkcə texnologiya sektoru ilə məhdudlaşmır - səhiyyə, maliyyə, təhsil, nəqliyyat, energetika və dövlət idarəçiliyinə qədər demək olar ki, bütün sahələrdə geniş şəkildə tətbiq olunmağa başlayıb. Lakin bunun çox təhlükəli riskləri var. Kiberhücum edənlər artıq süni intellektdən istifadə edərək zəif nöqtələri daha sürətlə aşkar edir, müdaxilə üsullarını avtomatlaşdırır və hədəfə yönəlik daha mürəkkəb və "ağıllı” hücumlar həyata keçirə bilirlər. Bu isə təkcə texnoloji deyil, həm də geosiyasi və iqtisadi təhlükələr yaradır”.

Ekspert vurğulayır ki, dezinformasiya və saxta kontentlərin (deepfake) yayılması, şəxsi məlumatların icazəsiz toplanması və emal edilməsi, qərarvermədə şəffaflığın azalması və süni intellekt modellərinin qərəzli qərarlar verməsi bu sahədə üzə çıxan əsas problemlərdəndir: "Bu problemlərin qarşısını almaq üçün süni intellektin istifadəsini tənzimləyən hüquqi baza formalaşdırılmalı, onun alətləri istifadəyə verilməzdən əvvəl təhlükəsizlik və etik uyğunluq baxımından müstəqil qurumlar tərəfindən sertifikatlaşdırılmalıdır. Bundan əlavə, hücumlar süni intellektlə həyata keçirilirsə, müdafiə də süni intellektlə gücləndirilməlidir. Yəni, süni intellekt əsaslı müdafiə sistemləri yaradılmalı, xüsusilə kritik infrastruktur üçün daha dayanıqlı və öyrənən təhlükəsizlik mexanizmləri tətbiq olunmalıdır”.

E.Abbasov yaxın illər ərzində heç bir peşənin süni intellekt ilə əvəzlənməsini gözləmir: "Süni intellektlə bağlı hazırda cəmiyyətdə böyük bir qorxu var ki, peşələri əvəzləyəcək. Düzdür, o, ən sadə ofis işlərinə qədər müxtəlif sahələrdə tətbiq olunaraq iş proseslərini asanlaşdırır. Lakin hələlik süni intellekt heç bir peşəni tam əhatələməyib. Bu günə qədər heç bir şirkət, hətta ən sadə tapşırığı belə tam olaraq süni intellektə həvalə edib, onu müstəqil qərar verən bir subyekt kimi tanımayıb. Məsələn, süni intellektin ən effektiv tətbiq sahələrindən biri tərcümədir. Buna baxmayaraq, beynəlxalq araşdırmalar göstərir ki, tərcüməçilərə ehtiyac hələ də çox yüksəkdir”.

Süni intellektin sürətli inkişafı və gündəlik həyatımıza inteqrasiyası psixoloji aspketlərdən də risklər yaradır. İnsanların sosial əlaqələrinə və psixoloji vəziyyətinə təsiri danılmazdır.

Psixoloq Nizami Orucov deyir ki, süni intellektin yaratdığı ən əsas psixoloji problem asılılıqdır: "Süni intellektlə ünsiyyət bir qaçış yeri, sığınılacaq məkana çevrilməyə başlayır. İnsanlarda bir robotla danışmaqdan qaynaqlana biləcək empatiya azlığı müşahidə oluna bilər. İnsani ünsiyyətin tərkibi ilə süni intellektlə ünsiyyətin tərkibi eyni ola bilməz. Bununla da insani dialoqlar, insani yanaşma, empatiyalar zamanla zəifləyə, məna boşluğu yaşana bilər. İş yerlərinin avtomatlaşdırılması və insan əməyinin azalması bəzi insanlarda "lazımsızlıq" hissi yaradır, bu da depressiya və motivasiya itkilərinə səbəb olur”.

Mənbə: "Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri