Icma.az
close
up
RU
Onu tarix qiymətləndirəcək Azay Quliyevdən Prezidentə təbrik sözləri

Onu tarix qiymətləndirəcək Azay Quliyevdən Prezidentə təbrik sözləri

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azay Quliyev, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin doğum günü ilə bağlı təbriklərimizi ifadə edərkən, biz sadəcə təqvimdəki bir hadisəni deyil, əslində müasir Azərbaycan tarixinin ən parlaq səhifələrini yazmış, ən ağır sınaqlardan alnıaçıq çıxmış, xalqın və dövlətin taleyini dəyişən böyük bir Liderin keçdiyi tarixi yolu dəyərləndiririk.

Müasir dünyamızda çox liderlər var.

Lakin ən ağır geosiyasi şəraitdə qlobal güclərin, imperiya keçmişi olan iki qonşu dövlətin və dünya erməniliyinin müqavimətini qıraraq azadlıq müharibəsini, diplomatiya və informasiya savaşını birmənalı qazanaraq ölkəsinin suverenliyini və ərazi bütövlyünü tam bərpa edən İlham Əliyev kimi ikinci lider, ikinci Prezident və ikinci Ali Baş Komandan yoxdur.

İlham Əliyevin Liderliyini tarixdə bənzərsiz edən yalnız qazandığı qələbə deyil.

Onu digərlərindən fərqləndirəm əsas məqam həm də odur ki, o, qalib olduğu halda da sülhü seçdi, yerləşdiyi coğrafiyada sabitlik və təhlükəsizliyin əsas təminatçısına çevrildi.

Bu isə yalnız özünə güvənən güclü liderlərə xas olan ali siyasi müdriklikdir.

Müasir dünyada elə bir lider yoxdur ki, hərbi qələbəni siyasi legitimliklə, diplomatik mübarizəni hüquqi əsaslarla, milli iradəni isə beynəlxalq balansla eyni anda və uğurla birləşdirə bilsin, beynəlxalq hüququn ali normalarının və Təhlükəsizlik Şurasının onilliklər boyu icra edilməyən qətnamələrinin icrasını təkbaşına, yalnız xalqının iradəsinə və ordusunun gücünə arxalanaraq təmin etsin.

Bunu yalnız cənab İlham Əliyev bacardı.

Deportasiya və soyqırımlar yaşamış, məcburi köçkün taleyinə məhkum edilmiş, torpaqları 30 il düşmən tapdağında qalmış, milli kimliyi və heysiyyəti təhqir olunmuş, haqqa və ədalətə inamı sarsılmış bir xalqı yenidən dirçəltmək, 30 illik psixoloji məğlubiyyəti, məğlubiyyət sindromunu və “olmaz” deyilən düşüncə tərzini məğlub etmək, xalqa inamı, dövlətə güvəni və gələcəyə əminliyi qaytarmaq, Azərbaycan xalqını müzəffər xalqa çevirmək son iki yüz ildə yalnız İlham Əliyevə nəsib oldu.

İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və tarixi məsuliyyət daşıyan qərarları Azərbaycanı beynəlxalq arenada nüfuzlu, regionda güc balansını öz xeyrinə dəyişən, qalib strateji baxışa malik və milli maraqlarını heç bir xarici təsir mərkəzindən asılı etməyən müstəqil və güclü dövlətə çevirdi.

Prezident İlham Əliyevin liderliyinə nəzər salarkən onu Ulu Öndər Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Burada söhbət dövlətçilik məktəbinin ardıcıllığından, milli inkişaf strategiyasının davamlılığından və tarixi missiyanın tamamlama mərhələsindən gedir.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətini xilas etdi, sabitliyi bərqərar etdi və gələcək inkişafın strateji əsaslarını formalaşdırdı.

İlham Əliyev isə bu möhkəm siyasi irs üzərində qalib və suveren Azərbaycanı inşa etdi.

Lakin bütün bunlara baxmayaraq, cənab Prezidnetnə ictimaiyyətin nümayəndələri tərəfindən dəfələrlə təklif edilsə də, bu misilsiz xidmətlərinə görə hər hansı bir dövlət mükafatının verilməsinə razılıq vermədi.

Prezident İlham Əliyev öz tarixi rolundan hər zaman son dərəcə təvazökar şəkildə bəhs edir. O, bu xidmətlərin qiymətləndirilməsini orden və titullara deyil, tarixin ədalətinə və xalqın yaddaşına həvalə edib. Sanki deyib: “Məni tarix qiymətləndirsin.”

Əgər dünyada başqa bir lider buna yaxın nailiyyətlərə imza atsaydı, çox güman ki, özünə qəhrəman adı verərdi, adına prospektlər, meydanlar, küçələr salınardı, ölkənin ən ali mükafatını öz adına yazdırardı.

Amma İlham Əliyev tam əks yol seçdi.

Bu yol daxili gücün, siyasi kamilliyin və ali mənəvi məsuliyyətin yoludur.

Prezident İlham Əliyev tarix məsələsində haqlıdır.

Çünki O, artıq öz adını tarixə qızıl hərflərlə, silinməz şəkildə yazdırıb.

Bu ad nə ordenlərlə ölçülür, nə də rəsmi titullarla məhdudlaşır.

Bu ad Müzəffər Ali Baş Komandanın adıdır!

Bu, zamanın yox, əbədiyyətin verdiyi qiymətdir.

Azərbaycan xalqı bu gün Müzəffər Ali Baş Komandanla fəxr edir, sabah da fəxr edəcək.

Müzəffər Ali Baş Komandan, Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı, uzun ömür və qarşısına qoyduğu yeni milli hədəflər yolunda tarixi nailiyyətlər arzulayıram!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri