Icma.az
close
up
RU
Azay Quliyevdən mühüm çağırış

Azay Quliyevdən mühüm çağırış

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyasının plenar iclasında çıxış edib.

Gununsesi.info-nun məlumatına görə, çıxışına sessiya iştirakçılarının həmin gün Beynəlxalq Ədalət Məhkəməsini ziyarət etdiklərini xatırlatmaqla başlayan Azay Quliyev bildirib ki, bu məhkəmə beynəlxalq hüququn aliliyinin təmin edilməsinə xidmət edən əsas beynəlxalq təsisatlardan biridir.

Bununla belə, o qeyd edib ki, müasir dövrdə beynəlxalq hüququn prinsipləri və beynəlxalq təhlükəsizlik sistemi ciddi çağırışlarla üz-üzədir.

Deputat vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv şəkildə tətbiq olunur. Bu isə beynəlxalq hüquqa və çoxtərəfli institutlara etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə güc amilinin üstünlük qazanmasına şərait yaradır.

Azay Quliyev çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edərək bildirib ki, qurum öz effektivliyini və legitimliyini qorumaq üçün XXI əsrin reallıqlarına uyğun şəkildə islahat edilməli, daha çox təmsilçi, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik olmalıdır.

O diqqətə çatdırıb ki, dünya yeni beynəlxalq nizam haqqında çox danışsa da, mövcud beynəlxalq sistemi islah etmək və daha ədalətli, effektiv və inklüziv qlobal idarəetmə modelini formalaşdırmaq istiqamətində hələ də kifayət qədər siyasi iradə nümayiş etdirilmir.

Azay Quliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır: beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı gücləndirmək, qlobal idarəetmə institutlarında islahat aparmaq və daha ədalətli beynəlxalq təhlükəsizlik sistemi qurmaq, yaxud etimadsızlığın dialoqu, qarşıdurmanın isə əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.

Çıxışının sonunda Azay Quliyev bildirib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər naminə daha təhlükəsiz dünya qurmaq üçün nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyul 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri