Icma.az
close
up
RU
Süni intellekt ilə arıqlamaq istəyənlərin nəzərinə

Süni intellekt ilə arıqlamaq istəyənlərin nəzərinə

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Son günlər süni intellekt vasitəsilə pəhriz proqramı hazırlayanların sayı artıb. Bəs bu yanaşma nə qədər doğrudur və riskləri nələrdir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, süni intelektin təqdim etdiyi məlumatlar müxtəlif saytlar və sosial şəbəkələrdən toplanmışdır və fərdi olaraq yoxlanılmayıb:

“Süni intellekt, “Google”un bir növ variantı kimi başa düşülə bilər. Necə ki, “Google” sorğu xidməti vasitəsilə məlumat tapmağa imkan verir, süni intellekt də sorğuluq xidmətinin daha sadələşmiş və rahat formasıdır. Məsələn, əvvəllər insanlar sənəd hazırlayanda və ya müəyyən iş görərkən bir neçə quruma müraciət edirdilər. İndi sistemləşdirilmiş xidmətlər sayəsində bütün prosesi rahatlıqla onlayn edə bilirlər. Süni intellekt də elə bu rahatlığın onlayn versiyasıdır. Lakin süni intellekt həkim deyil. Onun təqdim etdiyi məlumatlar müxtəlif saytlar və sosial şəbəkələrdən toplanmışdır və fərdi olaraq yoxlanılmayıb. Misal üçün, sosial şəbəkələrdə reklam olunan pəhrizlər və dərman tövsiyələrindən istifadə edərək insanlara diet proqramı təqdim edir. Bu cür hallar bəzən yalnış və hətta təhlükəli ola bilər. İnsanlar bunu həkimə müraciət etmədən istifadə etdikdə ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər”.

Dietoloq qeyd edib ki, düzgün müayinə olmadan verilmiş tövsiyələr xeyirdən çox zərər verə bilər:

“Hər insanın orqanizmi fərdi olduğu üçün düzgün müayinə olmadan verilmiş tövsiyələr xeyirdən çox zərər verə bilər. Məsələn, bir nəfər evdə sosial şəbəkədən götürülmüş pəhriz proqramı ilə 2-3 kq arıqlaya bilər. Lakin sonra 10 kq artım yaşayacaqdır. Eyni zamanda yanlış dərman və ya pəhriz mədə-xora xəstəliyini ağırlaşdıra, qanaxmalara səbəb ola və ya qaraciyər funksiyasına zərər verə bilər. Süni intellekt sizin orqanizminizi analiz etmədiyi üçün təhlükəli maddələri tövsiyə edə bilər. Həkim-pasient münasibətində isə fərdi yanaşma var. Həkim pasienti psixoloji cəhətdən anlayır, dərisinin, gözlərinin vəziyyətini qiymətləndirir, lazımi analizləri təyin edir və nəticələrə əsaslanaraq müalicəni müəyyən edir. Süni intellekt bunu bacara bilmir, sadəcə oradan-buradan yığılan məlumatları təqdim edir. Buna görə də süni intellekt yalnız əlavə informasiya kimi istifadə olunmalıdır. Əsas müalicə və pəhriz proqramları yalnız ixtisaslı həkimlə məsləhətləşdikdən sonra tətbiq edilməlidir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri