Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Süni intellekt insan beyninə qarşı: Hansı nədə güclüdür?

Süni intellekt insan beyninə qarşı: Hansı nədə güclüdür?

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Tədqiqatçılar bu məsələni aydınlaşdırmaq, insanların və süni intellektin ictimai münasibətlərə şərh vermə qabiliyyətini öyrənmək məqsədilə təcrübə keçirib. Təcrübəyə gələn könüllülərə insanların salamlaşma, küçədə birlikdə gəzmə, həmçinin tək kitab oxuma və s. hərəkətlərini göstərən üç saniyəlik videolar göstərilib. Onlara həmin videolardakı ictimai xüsusiyyətləri: insanların bir-biri ilə ünsiyyətini, bir-birinə qarşı niyyətini, qarşılıqlı əlaqənin kontekstini qiymətləndirmək tapşırığı verilib.
Dil (məsələn, “GPT-4” ), video (“CLIP-ViT”) və qrafika üzrə 350-dən artıq Sİ modeli də videolar üzərində təhlil aparıb. Təəccüblü nəticələr üzə çıxıb.
İnsanlar qiymətləndirmədə, adətən, eyni şərhləri verərək, qarşılıqlı əlaqənin subyektlərini dəqiq müəyyənləşdiriblər. Sİ modelləri isə kadrlara müxtəlif reaksiyalar veriblər: video modellər beynin səhnələrə reaksiyasını qiymətləndirsələr də, hərəkətlərin təsvirində; qrafik modellər isə qarşılıqlı əlaqəni dəqiqləşdirmədə çətinlik çəkiblər. Dil modelləri davranışları proqnozlaşdıraraq ən yaxşı nəticəni göstərsələr də, onların da təhlili insanların qiymətləndirməsinə nəzərən uğursuz alınıb. Məsələn, insanlar videoda adamın əlini yelləməsinin salamlaşma və ya xəbərdarlıq məqsədi daşıdığını başa düşdülər. Sİ isə konteksti anlamayaraq tez-tez səhvə yol verib, insanın təhlilinin dəqiqliyinə yaxınlaşa da bilməyib.

(Cons Hopkins Universitetində koqnitiv elmlər üzrə professor Leyla İşıq)
“Sİ real həyatda nə baş verdiyini hələ başa düşmür”, – tədqiqatın aparıcı müəllifi Leyla İşıq söyləyir.
Bəs süni intellekt özünün sürətli inkişafına baxmayaraq, nə üçün geridə qalır? Alimlər vurğulayırlar ki, problem neyroşəbəkələrin quruluşundadır. “Grok”, “ChatGPT” və digər müasir modellər statik fotoların emalında beynin vizual korteksinin fəaliyyətinə əsaslanır. Bu, Sİ-yə sifətləri, əşyaları, mətni ustalıqla tanımağa imkan versə də, dinamik qarşılıqlı əlaqələrin fərqinə varmaq üçün əvvəlcə vaxtı, niyyəti və konteksti anlamaq lazımdır. İnsan beynində həmin əməliyyatı temporal lob həyata keçirir. Sİ isə bu lobdan hələlik məhrumdur.

(Cons Hopkins Universitetində koqnitiv nevrologiya üzrə aspirantı Keti Qarsiya)
“Real həyat fotokollaj deyil. O, mahiyyət etibarilə, mütəmadi dəyişən hərəkətə, emosiyaya və qarşılıqlı əlaqəyə əsaslanır. Məsələn, Sİ piyadanın yolu keçmək istədiyini, yaxud sadəcə dostu ilə söhbətləşdiyini başa düşmür. Belə bir səhv avtonom avtomobillər və s. texnologiyalarda insan həyatı bahasına başa gələ bilər”, – tədqiqatın həmmüəllifi Keti Qarsiya deyir
Sİ hansı sahələrdə güclüdür?
Sİ ictimai münasibətlərlə əlaqədar məqamlarda geridə qalsa da, bir çox sahədə insanları üstəyir:
– Məlumatların təhlili: məsələn, Çinin Sünyan vilayətində iqlim üzrə terabaytlar həcmində məlumatın emalını həyata keçirib. İqlim dəyişikliyinə dair aparılmış bu tədqiqatın nəticəsi Britaniyada fəaliyyət göstərən “Nature Communications” elmi jurnalında işıq üzü görüb;
– Kreativlik: “Grok Vision” modeli “iPhone” kamerası vasitəsilə fotolar üzərində təhlil aparıb, lazım gəldikdə tərcüməsi ilə birlikdə konkret nəticələr irəli sürür;
– Elm: Sİ kosmosda limon turşusu dövrəsini modelləşdirməyə, Çinin “Çane-6” kosmik missiyasında Ayın torpağını öyrənməyə töhfə verib.
İntuisiyaya, empatiyaya, yaxud nüans fərqini anlamağa əsaslanan işlərdə isə insan öz üstünlüyünü qoruyur.
Sİ insanın səviyyəsinə çata bilərmi?
Tədqiqatçılar bildirirlər ki, Sİ-nin təkmilləşməsi üçün ciddi dəyişikliklər lazımdır:
– Yeni quruluş: modellər təkcə statik görməyi yox, beynin dinamikanı, ictimai siqnalları qavrayan funksiyalarını da yamsılamalıdır;
– Video təlimi: Hazırkı neyroşəbəkələrə çoxsaylı mətn və fotolarla istiqamət verilir. Videoların emalında uğurlu nəticə isə hələ ki çətin mərhələ sayılır;
– Kontekst: Sİ mədəni və emosional nüansları nəzərə almağı öyrənməlidir.
“Süni intellekt sifətləri və əşyaları mükəmməl tanıyır. Növbəti mərhələ ona öyrətmək lazımdır ki, dünya fotoslayd yox, dinamik hekayədir. Sİ insan qığılcımından kənarda sadəcə kalkulyatordur”, – Leyla İşıq vurğulayır:
Beləliklə, süni intellektin xüsusən ictimai həssaslıq istəyən sahələrdə (tibb, psixologiya, idarəçilik və s.) insanı əvəzləməsi qeyri-mümkündür. Hər halda, onun töhfəsi də danılmazdır. İnsanlar yaradıcı problemlərin həlli üzərində çalışarkən Sİ gündəlik işləri avtomatlaşdırmalıdır. Avtonom avtomobillərdə (“Tesla” və s.) təhlükəsizlik naminə insan və Sİ-nin bir-birini tamamladığı hibrid sistem qurulmalıdır. “Grok”un ABŞ Prezidenti Donald Tramp üçün “edam” tələbi qalmaqalı göstərir ki, Sİ insanın nəzarətindən uzaq qalarsa, təhlükəlidir.
Hazırda Con Hopkins Universiteti Sİ-ni daha mürəkkəb ssenarilər, emosiyalarla zəngin irihəcmli videolar üzərində sınaqdan keçirməyi planlaşdırır. Alimlər bildirirlər ki, mətn, video və səs alətlərini birləşdirən multimodal modellərin (məsələn, “Grok 3”) inkişafı sözügedən problemləri aradan qaldıra bilər:
“Süni intellekt 2026-cı ildə daha güclü hala gələcək, ancaq insan beyni öz unikallığını qoruyacaq”.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 May 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri