Icma.az
close
up
RU
Süni intellekt insan beyninə qarşı: Hansı qazanacaq?

Süni intellekt insan beyninə qarşı: Hansı qazanacaq?

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Tədqiqatçılar bu məsələni aydınlaşdırmaq, insanların və süni intellektin ictimai münasibətlərə şərh vermə qabiliyyətini öyrənmək məqsədilə təcrübə keçirib. Təcrübəyə gələn könüllülərə insanların salamlaşma, küçədə birlikdə gəzmə, həmçinin tək kitab oxuma və s. hərəkətlərini göstərən üç saniyəlik videolar göstərilib. Onlara həmin videolardakı ictimai xüsusiyyətləri: insanların bir-biri ilə ünsiyyətini, bir-birinə qarşı niyyətini, qarşılıqlı əlaqənin kontekstini qiymətləndirmək tapşırığı verilib.
Dil (məsələn, “GPT-4” ), video (“CLIP-ViT”) və qrafika üzrə 350-dən artıq Sİ modeli də videolar üzərində təhlil aparıb. Təəccüblü nəticələr üzə çıxıb.
İnsanlar qiymətləndirmədə, adətən, eyni şərhləri verərək, qarşılıqlı əlaqənin subyektlərini dəqiq müəyyənləşdiriblər. Sİ modelləri isə kadrlara müxtəlif reaksiyalar veriblər: video modellər beynin səhnələrə reaksiyasını qiymətləndirsələr də, hərəkətlərin təsvirində; qrafik modellər isə qarşılıqlı əlaqəni dəqiqləşdirmədə çətinlik çəkiblər. Dil modelləri davranışları proqnozlaşdıraraq ən yaxşı nəticəni göstərsələr də, onların da təhlili insanların qiymətləndirməsinə nəzərən uğursuz alınıb. Məsələn, insanlar videoda adamın əlini yelləməsinin salamlaşma və ya xəbərdarlıq məqsədi daşıdığını başa düşdülər. Sİ isə konteksti anlamayaraq tez-tez səhvə yol verib, insanın təhlilinin dəqiqliyinə yaxınlaşa da bilməyib.

(Cons Hopkins Universitetində koqnitiv elmlər üzrə professor Leyla İşıq)
“Sİ real həyatda nə baş verdiyini hələ başa düşmür”, – tədqiqatın aparıcı müəllifi Leyla İşıq söyləyir.
Bəs süni intellekt özünün sürətli inkişafına baxmayaraq, nə üçün geridə qalır? Alimlər vurğulayırlar ki, problem neyroşəbəkələrin quruluşundadır. “Grok”, “ChatGPT” və digər müasir modellər statik fotoların emalında beynin vizual korteksinin fəaliyyətinə əsaslanır. Bu, Sİ-yə sifətləri, əşyaları, mətni ustalıqla tanımağa imkan versə də, dinamik qarşılıqlı əlaqələrin fərqinə varmaq üçün əvvəlcə vaxtı, niyyəti və konteksti anlamaq lazımdır. İnsan beynində həmin əməliyyatı temporal lob həyata keçirir. Sİ isə bu lobdan hələlik məhrumdur.

(Cons Hopkins Universitetində koqnitiv nevrologiya üzrə aspirantı Keti Qarsiya)
“Real həyat fotokollaj deyil. O, mahiyyət etibarilə, mütəmadi dəyişən hərəkətə, emosiyaya və qarşılıqlı əlaqəyə əsaslanır. Məsələn, Sİ piyadanın yolu keçmək istədiyini, yaxud sadəcə dostu ilə söhbətləşdiyini başa düşmür. Belə bir səhv avtonom avtomobillər və s. texnologiyalarda insan həyatı bahasına başa gələ bilər”, – tədqiqatın həmmüəllifi Keti Qarsiya deyir
Sİ hansı sahələrdə güclüdür?
Sİ ictimai münasibətlərlə əlaqədar məqamlarda geridə qalsa da, bir çox sahədə insanları üstəyir:
Məlumatların təhlili: məsələn, Çinin Sünyan vilayətində iqlim üzrə terabaytlar həcmində məlumatın emalını həyata keçirib. İqlim dəyişikliyinə dair aparılmış bu tədqiqatın nəticəsi Britaniyada fəaliyyət göstərən “Nature Communications” elmi jurnalında işıq üzü görüb;
Kreativlik: “Grok Vision” modeli “iPhone” kamerası vasitəsilə fotolar üzərində təhlil aparıb, lazım gəldikdə tərcüməsi ilə birlikdə konkret nəticələr irəli sürür;
Elm: Sİ kosmosda limon turşusu dövrəsini modelləşdirməyə, Çinin “Çane-6” kosmik missiyasında Ayın torpağını öyrənməyə töhfə verib.
İntuisiyaya, empatiyaya, yaxud nüans fərqini anlamağa əsaslanan işlərdə isə insan öz üstünlüyünü qoruyur.
Sİ insanın səviyyəsinə çata bilərmi?
Tədqiqatçılar bildirirlər ki, Sİ-nin təkmilləşməsi üçün ciddi dəyişikliklər lazımdır:
Yeni quruluş: modellər təkcə statik görməyi yox, beynin dinamikanı, ictimai siqnalları qavrayan funksiyalarını da yamsılamalıdır;
Video təlimi: Hazırkı neyroşəbəkələrə çoxsaylı mətn və fotolarla istiqamət verilir. Videoların emalında uğurlu nəticə isə hələ ki çətin mərhələ sayılır;
Kontekst: Sİ mədəni və emosional nüansları nəzərə almağı öyrənməlidir.
“Süni intellekt sifətləri və əşyaları mükəmməl tanıyır. Növbəti mərhələ ona öyrətmək lazımdır ki, dünya fotoslayd yox, dinamik hekayədir. Sİ insan qığılcımından kənarda sadəcə kalkulyatordur”, – Leyla İşıq vurğulayır:
Beləliklə, süni intellektin xüsusən ictimai həssaslıq istəyən sahələrdə (tibb, psixologiya, idarəçilik və s.) insanı əvəzləməsi qeyri-mümkündür. Hər halda, onun töhfəsi də danılmazdır. İnsanlar yaradıcı problemlərin həlli üzərində çalışarkən Sİ gündəlik işləri avtomatlaşdırmalıdır. Avtonom avtomobillərdə (“Tesla” və s.) təhlükəsizlik naminə insan və Sİ-nin bir-birini tamamladığı hibrid sistem qurulmalıdır. “Grok”un ABŞ Prezidenti Donald Tramp üçün “edam” tələbi qalmaqalı göstərir ki, Sİ insanın nəzarətindən uzaq qalarsa, təhlükəlidir.
Hazırda Con Hopkins Universiteti Sİ-ni daha mürəkkəb ssenarilər, emosiyalarla zəngin irihəcmli videolar üzərində sınaqdan keçirməyi planlaşdırır. Alimlər bildirirlər ki, mətn, video və səs alətlərini birləşdirən multimodal modellərin (məsələn, “Grok 3”) inkişafı sözügedən problemləri aradan qaldıra bilər:
“Süni intellekt 2026-cı ildə daha güclü hala gələcək, ancaq insan beyni öz unikallığını qoruyacaq”.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see288

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see201

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see157

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see153

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see153

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see144

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see141

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see134

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see132

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see129

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see126

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see126

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see125

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see125

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see124

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see121

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see119

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see118

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri