Icma.az
close
up
RU
Süni intellekt hansı peşələri əvəzləyəcək? ARAŞDIRMA

Süni intellekt hansı peşələri əvəzləyəcək? ARAŞDIRMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Süni intellektin sürətli inkişafı gələcək iş dünyasında böyük dəyişikliklərə səbəb olacaq. Artıq bir çox sahədə, xüsusilə texnologiya və avtomatlaşdırma sahələrində insanların yerinə süni intellekt və robot texnologiyaları fəaliyyət göstərməyə başlayıb. Bu inkişaf irəliləyən zamanda müəyyən peşələrin sıradan çıxmasına və insan əməyinin azalmasına səbəb olacaq.

Təhsil tədqiqatçısı Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, bəzi ixtisasların sıradan çıxması əvvəlki dövrlərdə həmin ixtisas üzrə təhsil almış, həyatını və karyerasını bununla bağlamış, işində təcrübəli olan şəxslərin işsiz qalmasına səbəb olacaq:

“Bunların sayı dünya üzrə milyonlarla ölçülür. Bəzi mənbələrə görə, 2030-cu ilə qədər 50 milyon yaxın insanın sırf bu səbəbdən işsiz qalacağı gözlənilir. Bu dünya üzrə aparılan araşdırılmalardır və bunun nə dərəcədə doğru olub-olmamasını dəqiq söyləmək çətindir. İlkin ehtimallara əsasən, maliyyə-mühasibat, xidmət sahələrinə aid ixtisaslar, eləcə də bəzi humanitar, sosialyönümlü peşələr gələcəkdə sıradan çıxa bilər. Amma şəxsən mən peşələrin tam sıradan çıxması fikri ilə razı deyiləm. Peşə dövrün tələbinə uyğun şəkildə yalnız və yalnız öz formasiyasını müəyyən dərəcədə dəyişib, modern standartlarla ayaqlaşa bilər”.

Ekspert süni intellektin artıq böyük və rəqabətsiz gücə çevrilməkdə olduğunu inkar etməyib:

“O səbəbdən də biz təhsil mühitimizə süni intellekti mütləq adaptasiya etməliyik. Süni intellekt bu gün bizdə ayrıca bir fənn kimi tədris olunmalıdır. STEAM mərkəzləri var ki, onların əsas məqsədi süni intellekt üzərində işlərdir. Lakin sırf süni intellekt dərsləri məktəblərimizdə keçilmir. İnformatika fənni özü belə 2 il olar ki, normal bir predmet kimi məktəblərimizdə qəbul olunub. STEAM tədris mərkəzlərində süni intellekt meyarları həyati tətbiq bacarıqları üzərində şagirdlərə daha yaxşı çatdırılmalıdır. Ali təhsil müəssisələrində isə bu gün birinci ixtisas qrupu üzrə Rİ alt qrupundan imtahan verənlər İT əsaslı ixtisasları seçə bilirlər. Burada informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması kimi istiqamətlər daxildir. Bir neçə universitetdə robotexnika ixtisası var. Robotexnika bakalavr səviyyəsində artmalıdır. İT əsaslı ixtisasların tədris olunduğu bütün universitetlərdə artıq robotexnika olmalıdır. Süni intellekt isə sadəcə magistr və MBA pilləri üzrə var. Fikrimcə, bu da artmalıdır”.

İqtisadçı Asif İbrahimov artıq Azərbaycan əmək bazarında müəyyən peşələrin sıradan çıxdığını təsdiqləyib:

“Bu, dövrün inkişafı ilə bağlı, süni intellektin tətbiqi və yeni avadanlıqların istifadəsi ilə əlaqədardır. Bu prosesin nəticəsində bəzi sahələrdə müəyyən boşluqlar yaranıb. Sovet dövründən universitetlərdə və peşə məktəblərində tədris olunan bəzi ixtisaslar artıq yeni dövrün tələblərinə cavab vermir. Belə olan halda bu peşələr üzrə təhsil alan insanlar müəyyən çətinliklərlə üzləşirlər. Hətta ənənəvi peşələrdə belə yeni yanaşmalar, kompüter texnologiyaları və süni intellekt tətbiq olunduqdan sonra bəzi uyğunsuzluqlar yaranır”.

Onun sözlərinə görə, hər bir peşə sahibi dövrün dəyişən tələblərinə uyğun olaraq, sahəsindəki yenilikləri izləməli və özünü daim inkişaf etdirməlidir:

“Məsələn, 40-cı, 50-ci, 60-cı illərdə mühasiblər əl şotkalarından istifadə edirdilər. Lakin 90-cı illərin əvvəllərində artıq kalkulyatordan istifadə etməyə başladılar. 90-cı illərin sonlarından etibarən isə kompüter proqramları əsasında maliyyə əməliyyatları həyata keçirilməyə başlandı. İndi isə ERP sistemləri tətbiq olunur, balanslaşdırılmış göstəricilər sistemi vasitəsilə maliyyə əməliyyatları həyata keçirilir. Artıq onlayn bankinq sisteminə keçid yaranıb. Əvvəllər nağd ödənişlər bir kassadan digər kassaya keçirildikdə balans bağlanması başqa şəkildə aparılırdı. İndi isə müasir texnologiyalar və süni intellektin tətbiqi ilə peşələr daha müasir şəkildə həyata keçirilir”.

A.İbrahimov universitetlərdə tədris olunan bəzi ixtisaslarda da problemlərin olduğunu vurğulayıb:

“Məsələn, iqtisadiyyatda hüququn tənzimlənməsi fakültəsi SSRİ dövründən mövcuddur və hələ də fəaliyyət göstərir. Lakin bu ixtisası bitirən məzun nə iqtisadçı, nə də hüquqşünas ola bilir, ortada qalır. Belə ixtisasların sıradan çıxarılması düzgün olardı. Məsələn, gömrük işinin təşkili fakültəsi də mövcuddur, amma burada da gömrük sahəsində ixtisaslaşma və sinifləndirmə prosesləri gedir. Bu cür bir çox ixtisaslar var ki, dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ümumiyyətlə, bütün ixtisaslar süni intellektin, kompüter texnologiyalarının və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmalıdır. Hər bir peşə sahibi müasir dövrdə yaxşı mütəxəssis olmaq və yaxşı qazanc əldə etmək istəyirsə, bu məqamlara diqqət yetirməlidir”.

Bəs insan əməyini əvəzləmək cəhətdən süni intellektə tam güvənmək olar?

İKT mütəxəssisi Elvin Abbasovun fikrincə, hazırda süni intellekt bütün peşələrə, ixtisaslara, sahələrə və sektorlara töhfə versə də, heç bir peşəni əlimizdən ala biləcək səviyyədə deyil:

“Yəni biz süni intellekti çox faydalı və səmərəli bir alət kimi istifadə edə bilərik. Süni intellekt insan nəzarəti altında bütün proseslərin avtomatlaşmasında, bir işin həll yolunda faydalı bir alət kimi hazırda bütün dünyada istifadə olunur. Amma heç bir peşəni, məsələn, süni intellektin ən yaxşı bacardığı işlərdən olan tərcümə və ya korrektə işlərini tamamilə əlimizdən alacaq səviyyədə deyil. Beynəlxalq araşdırmalar göstərir ki, hələ də tərcüməçilərə daha çox ehtiyac var. Yəni, süni intellektin ən yaxşı bacardığı iş tərcümədir, amma hələ də tərcüməçi vakansiyalarının sayı artır. Bu zaman biz deyə bilərik ki, süni intellekt gələcəkdə bəzi peşələrə yiyələnə bilər. Biz ona müxtəlif tapşırıqları verə bilərik, amma hələ ki, tam insiativi vermək mümkün deyil. Süni intellekt hal-hazırda insan nəzarəti ilə bütün proseslərdə iştirak edir, təkbaşına deyil”.

Ekspert gələkdə təbii olaraq bəzi peşələrin avtomatlaşacağını söyləyib:

“Məsələn, mən düşünürəm ki, hal-hazırda korrektə işləri süni intellektə rahatlıqla verilə bilər. Korrektə dedikdə biz, əsasən, qrammatik və yazılı düzəlişləri nəzərdə tuturuq. Süni intellekt həmçinin, kontenti fərqli prizmadan ələ almaq, təhlil kimi proseslərdə yavaş-yavaş insiativ ələ ala bilər, amma harada ki, insanın insativinə ehtiyac var, oralar uzun illər süni intellektin öhdəliyinə verilməyəcək. Eyni zamanda gələcəkdə dövlətin münasibət bildirdiyi peşələrin süni intellektə verməsi mümkündür. Məsələn, HR, maliyyə kimi sahələr süni intellektin öhdəliyinə verilə bilər, çünki burada əsasən qaydalar və qanunlar var və insan insiativinə ehtiyac yoxdur. Gələcəyi proqnoz edərkən düşünməliyik ki, qayda və qanunlara istinad olunan peşələr avtomatlaşdırıla bilər. Bundan başqa, yeraltı neft, qaz və mədən sənayesi kimi təhlükəli sahələri artıq robot texnika ilə avtomatlaşa bilər və bu tip təhlükəli yerlərdə insan faktoruna ehtiyac yoxdur. Dördüncü sənaye inqilabı bizə nə vəd edir ki, artıq "qara fabriklər" - insansız fabriklər mövcud olacaq, burada istehsalat yalnız robot texnikası ilə həyata keçiriləcək. Bu halda süni intellekt müxtəlif mövqeləri tam şəkildə icra edə biləcək. Nəticə olaraq mən düşünürəm ki, dövlət qaydalara və qanunlara əsaslanan peşələri, korrektə kimi kiçik işləri, insan nəzarəti ilə tərcümə və fiziki avtomatlaşdırma işlərini süni intellektə verə bilər. İnsan üçün təhlükəli olan işlərdə isə süni intellekt daha effektiv və təhlükəsiz seçim ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:450
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Mart 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see248

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see245

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see234

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see221

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see213

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see205

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see198

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see183

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see182

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see179

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see179

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see178

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see178

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see169

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see169

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see167

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see165

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see165

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see164

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri