Icma.az
close
up
RU
Azərbaycan Dillər Universitetində Çin kinosunun 120 illiyi qeyd olunub

Azərbaycan Dillər Universitetində Çin kinosunun 120 illiyi qeyd olunub

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin kinosu: dünən, bu gün, sabah” mövzusunda tələbə elmi seminarı keçirilib. Seminar Çin kinosunun 120 illiyinə həsr edilib.

ADU-dan 525.az-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin kinosunun tarixi və “qızıl dövrü” haqqında danışıb. O, texnologiyanın inkişafı, mədəni mübadilənin genişlənməsi və film yayımı üçün yeni platformaların inkişafı ilə Çin kinosunun qlobal kino bazarında əhəmiyyətli bir oyunçuya çevrildiyini, beynəlxalq film festivallarında nüfuzlu mükafatlar qazandığını və qlobal mədəniyyətə təsirini artırdığını qeyd edib.

R.Abbasov, həmçinin Azərbaycanın Çində keçirilən beynəlxalq film festivallarında iştirakından, o cümlədən Azərbaycan filmlərinin xüsusi mükafatlara layiq görüldüyü Çin Beynəlxalq Film və Televiziya Proqramları sərgisi, Şanxay Beynəlxalq Film və Televiziya Bazarı, Asiya Beynəlxalq Film Festivalı və İpək Yolu beynəlxalq film festivalından, Çin rejissorlarının filmlərinin Azərbaycanda nümayişindən və Çinin Bakı Beynəlxalq Film festivallarında iştirakından bəhs edib.

Seminarda ADU-nun çinşünas tələbələri sosial dram janrında çəkilmiş ilk Çin filmi “Yeni qadınlar” və ilk tammetrajlı bədii film olan “Yan Ruishen”, fəhlə və kəndlilərin zülmkarlara qarşı mübarizəsini təsvir edən ən qədim və ən populyar janr olan “döyüş sənəti kinosu” və “qırmızı kino” haqqında çıxış ediblər. Qeyd edilib ki, Çin kinosunda komediyaların, realist sevgi dramlarının və epik hekayələrin ortaya çıxması kinoda özünəməxsus Çin kimliyi yaratmaq cəhdi ilə əlaqəlidir.

Tələbələr Çin kinosunun inkişaf tendensiyaları və perspektivləri, döyüş filmləri, trillerlər, tarixi və ailə dramları kimi yeni janrlarda filmlərin yaranması, Çin əfsanələrinin, habelə müzikllər, arthaus və müəllif filmləri kimi müasir janrların ekranlaşdırılması haqqında da danışıblar.

Seminar Çin kinosu tarixinin ən bahalı filmi olan və Tan sülaləsinin son dövrlərindən bəhs edən “Qızıl çiçəyin lənəti” filminin nümayişi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri