Icma.az
close
up
RU
Süni intellekt insan şəxsiyyətini neçə saata kopyaladı? Heyrətamiz

Süni intellekt insan şəxsiyyətini neçə saata kopyaladı? Heyrətamiz

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süni intellekt insan şəxsiyyətini neçə saata kopyaladı? - Heyrətamiz

Google DeepMind tədqiqatçıları 2 saatlıq söhbətdən sonra insan şəxsiyyətini təqlid edən AI sistemi hazırlayıblar. Bu, süni intellektin inkişafının həm heyrətamiz, həm də qorxulu tərəfini göstərir.

Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, ilk növbədə, bu süni intellekt sistemi, şəxslərlə aparılan dərin müsahibələr zamanı əldə edilən məlumatları təhlil edir. Məlumatlar emal edildikdən sonra, şəxsin cavab vermə tərzini və davranışlarını simulyasiya edən bir "rəqəmsal şəxsiyyət" yaradılır. Aparılan testlərdə sistemin verdiyi cavabların real şəxsin cavabları ilə 85% uyğun olduğu müəyyən edilib. Sistemin uğuru isə 1000 könüllü ilə keçirilən təlim prosesi nəticəsində əldə olunub. Bəs bu sistem hansı məqsədlərə xidmət edəcək?

Yeni texnologiyanın, xüsusilə sosioloji araşdırmalar üçün inqilabi bir vasitə ola biləcəyi bildirilir. Məsələn, bu üsulun ənənəvi sorğuları əvəz edəcəyi planlaşdırılır. Beləliklə, məlumat toplama və təhlil proseslərinin daha sürətli və iqtisadi olacağı qeyd edilir. Yəni, sosial tendensiyaları başa düşmək və ya fərdi davranış modellərini öyrənmək üçün daha çox araşdırmanın aparılmasını mümkün edə bilər.

Bundan əlavə, bu süni intellekt sistemi şəxsi köməkçilərin inkişaf etdirilməsi, robot-insan qarşılıqlı təsirinin optimallaşdırılması və hətta peşəkar sahələrdə təlim məqsədli simulyasiyaların yaradılması kimi bir çox sahədə istifadə edilə bilər. Tədqiqatçılar bu cür süni intellektləri "rəqəmsal agentlər" kimi təsvir edirlər. Mövcud süni intellekt köməkçilərindən fərqli olaraq, bu agentlər daha mürəkkəb və insana xas davranışları simulyasiya edə bilir.

Bununla yanaşı, insana daha yaxın bir anlayışla işləməsi ev və iş mühitlərində qarşılıqlı təsiri əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyi söylənilir. Bu texnologiyanın imkanları hələ də araşdırılmaqda olsa da, artıq insan davranışlarını anlamaq və yenidən qurmaq üçün süni intellektin nə qədər irəli gedə biləcəyi barədə təsəvvür yaradır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 02 Dekabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri