Icma.az
close
up
RU
Süni intellekt kənd təsərrüfatına daxil olur

Süni intellekt kənd təsərrüfatına daxil olur

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


Gənclər Qarabağda yeni dövrün əsasını qoyur


44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşan Qarabağımızda doğma sakinlərin sayı hər keçən gün artır. Bu günlərdə növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə yola salındı və ailələrə mənzillərin açarları təqdim olundu. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Bildirilib ki, Ağdərənin Vəngli kəndinə 28 ailə - 112 nəfər köçürülüb. Ağdərəyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Yeni qayıdanlarla birlikdə Vəngli kəndində məskunlaşmış ailələrin sayı 79 ailə olmaqla 158 nəfərə çatacaq. Açarların təqdimolunma mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri təbrik edərək, onlara yeni evlərində rifah, sağlamlıq və xoşbəxt günlər arzulayıb. Bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə sakinlərin rahat yaşaması üçün zəruri infrastruktur yaradılıb. Tədbir zamanı ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələrini tövsiyə ediblər. Bir neçə gün əvvəlsə Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınmışdı. Bu mərhələdə Xanyurdu kəndinə 18 ailə - 69 nəfər köçürülüb. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Ailələrə mənzillərin açarlarının təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 

Hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır. 


İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a açıqlamasında “Böyük Qayıdış” proqramının uğurla davam etdirilməsini qürur hissi ilə müşahidə etdiyini bildirdi: 


- Bəli, Qarabağımızın sakinləri doğma yurdlarına, öz torpaqlarına qayıdır, yenidən ev-eşik sahibi olurlar. Onların xoşbəxliyi ölçüyəgəlməzdir. Əsas məsələlərdən biri isə yerli sakinlərin həyat şəraitinin, təhlükəsizliyinin, məşğulluğunun təmin edilməsidir. Bilirik ki, Qarabağ və Şərqi Zəngəzurda infrastruktur qurulur, müəssisələr fəaliyyətə başlayır, iş yerləri açılır. Bunlar hamısı müsbət addımlardır. Diqqətçəkən həm də budur ki, erməni separatçılarının vaxtilə torpağa basdırdığı minalardan qorunmaq üsulları da sakinlərə anladılır. Bu, vacib məsələdir. Həm Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, ANAMA, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar tərəfindən sakinlər arasında maaarifləndirmə işləri aparılır.  Ağdərə rayonunun Çıldıran və Aşağı Oratağ kəndlərinə köçürülən ailələrlə bağlı belə tədbirlər keçirilib. QMKDK “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırlanan videoçarx nümayiş olunub, insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırış edilib. Bu onu göstərir ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bu da vacib işdir. Məcburi köçkünlərin sosial müdafiə məsələlərinin həlli də önəmlidir. Sakinlər bilməlidir ki, onlara ödənilən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərə üç il müddətində - yəni, doğma yurdlarına köçün məskunlaşdıqdan sonrakı 3 il müddətində ödəniləcək. 


F. İbrahimov Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində bootcamp təşkil olunmasını da müsbət adlandırdı: 

- Doğma yurda qayıdanlar arasında təbii ki, vaxtilə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıqla məşğul olanlar, bağ-bostan işini bilənlər, başqa sahələr üzrə sənətkarlar, peşəkarlar var. Lakin nəzərə almalıyıq ki, hazırda 21-ci əsrdir və müasir texnologiyalar, süni intellekt həyatımızın ayrılmaz parçasına çevrilib. İndi dünyada iqtisadiyyat,  kənd təsərrüfatı, sənaye müasir texnologiyalarla idarə olunur və inkişaf etdirilir. Əkindən başlamış biçinə, suvarmaya qədər hər bir sahədə kompüter texnologiyaları, rəqəmsallaşmadan istifadə olunur. Sakinlərə, xüsusən gənc ailələrə bunları öyrətmək vacibdir. Bu məqsədlə təlimlərin, məşğələlərin keçirilməsi də zəruridir. KTN-in təşkil etdiyi təlimlərdə aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaradılıb. Orada 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri iştirak edib. Proqram iştirakçılarına kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradıb. Proqram çərçivəsində təşkil edilən infotur zamanı iştirakçılar Suqovuşan su anbarına və Xankəndi Tikiş Fabrikinə səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub. Vurğulanıb ki, iştirakçılar həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər. “Bootcamp”ın keçirilməsi gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması ilə yanaşı, azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsi və bu prosesə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, Zəngilanda və Xankəndi şəhərində də belə “bootcamp”lar təşkil edilib. Hesab edirəm ki, bu tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq.   

“Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. Xocalı rayonunun Ballıca kəndinə qayıdan keçmiş məcburi köçkünlərə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün əkinə yararlı torpaq sahələri ayrılıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında kənd sakinlərinin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maarifləndirici təlimlər təşkil edilib. Təlimlər zamanı iştirakçılara səmərəli təsərrüfatçılıqla bağlı vacib tövsiyələr verilib. Təlimlərdə fərqlənən sakinlərə sertifikatlar da təqdim olunub. Xocalı rayonunun Ballıca kəndi üzrə “Torpaqların icarəsi” layihəsinə ümumilikdə 117 nəfər vətəndaş müraciət edib. Hazırda qeydiyyat prosesi tamamlanıb. Onlardan 155-i imtahan mərhələsini uğurla keçib, 104 nəfər isə artıq sertifikatla təmin olunub. Bugünkü tədbirdə əlavə olaraq 51 nəfərə sertifikat təqdim edilib. Bununla yanaşı, kənddə 78 nəfəri əhatə edən 8 kooperativ və 4 ailə kəndli fermer təsərrüfatı yaradılıb. Yaxın günlərdə bu təsərrüfatlarla rəsmi müqavilələrin bağlanması planlaşdırılır. Xocalının Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Torpaq sahələrinin mərhələli şəkildə, hər ailəyə 5 hektar olmaqla istifadəyə verilməsi nəzərdə tutulur. 


Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri