Süni intellekt investisiya dünyasına daxil olur
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropada yeni texnoloji xidmət maliyyə bazarlarında diqqət çəkir
Süni intellektin maliyyə sektorunda tətbiqi yeni mərhələyə qədəm qoyur. “Reuters”-in məlumatına görə, Almaniyanın “Scalable Capital” investisiya şirkəti müştərilərinə “ChatGPT” və “Claude” kimi süni intellekt platformalarından istifadə etməklə investisiya portfellərini təhlil etmək və birja əməliyyatları aparmaq imkanı yaradıb. Şirkət bu xidməti Avropa bankları arasında ilk belə tətbiq kimi təqdim edir.
Yeni xidmət istifadəçilərə süni intellekt vasitəsilə öz investisiya hesabları ilə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Bununla yanaşı, hesabların təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra qoruyucu mexanizmlər tətbiq olunub.
“Scalable Capital” şirkətinin təsisçisi və baş icraçı direktoru Erik Podzuayt bu yeniliyi süni intellektin maliyyə xidmətlərində daha geniş tətbiqinə doğru ilk addım kimi qiymətləndirib. Onun sözlərinə görə, şirkət gələcəkdə bu imkanları birbaşa öz mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır.
2014-cü ildə yaradılan “Scalable Capital” hazırda 1 milyondan çox müştəriyə xidmət göstərir və şirkətin idarə etdiyi aktivlərin həcmi 60 milyard avronu ötür. Şirkət əsasən Almaniya və Avstriyada fəaliyyət göstərməklə yanaşı, İtaliya, İspaniya, Fransa və Niderland bazarlarında da xidmət göstərir.
Yeni texnoloji həll süni intellektin artıq yalnız informasiya axtarışı və mətn hazırlanması ilə məhdudlaşmadığını, maliyyə qərarlarının qəbulunda da praktik vasitəyə çevrildiyini göstərir. Bununla belə, süni intellektdən investisiya məqsədilə istifadə maliyyə riskləri, məlumatların qorunması və istifadəçi qərarlarının məsuliyyəti ilə bağlı məsələləri də gündəmə gətirir.
Mütəxəssislərin diqqətində olan əsas məqam bundan ibarətdir ki, süni intellektin maliyyə xidmətlərinə inteqrasiyası davam etdikcə bankçılıq və investisiya sektorunda müştəri xidmətlərinin forması da dəyişə bilər. Bu baxımdan Almaniyada tətbiq olunan yeni sistem qlobal maliyyə texnologiyaları sahəsində diqqətçəkən yeniliklərdən biri hesab olunur.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 Avqust 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















