“Süni intellekt məqsəd yox, vasitədir” Ülvi Mehdiyev
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Süni intellekt istər idarəetmədə, istərsə də digər sahələrdə məqsəd yox, vasitədir. Məqsəd isə süni intellektdən istifadə edərək vətəndaşların rifahına və inkişafına nail olmaqdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikası Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, dünya üzrə aparılan sonuncu hesabatda süni intellekt tipli texnologiyalar nəticəsində dünyada 90 milyondan çox iş yerinin ləğvi və 170 milyondan çox yeni iş yerlərinin yaradılacağı qeyd olunub: “Təbii ki, yeni iş yerlərinin açılması sevindirici haldır. Lakin ləğv olunan iş yerləri ilə müqayisədə yeni yarananlar müvafiq bacarıqlar tələb edəcək. Azərbaycan da bu sahədə zamanında lazımi addımları atıb. Bütün bunlar göstərir ki, Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu istiqamətdə islahatlar həyata keçirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















