Icma.az
close
up
RU
Ülvi Mehdiyev: Süni intellekt və yaşıl keçid yeni iş anlayışının strukturunu dəyişəcək

Ülvi Mehdiyev: Süni intellekt və yaşıl keçid yeni iş anlayışının strukturunu dəyişəcək

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Süni intellektli texnologiyaların və "yaşıl keçid" transformasiyasının nəticəsində yaranacaq iş yerləri iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, süni intellekt idarəetmədə və digər sahələrdə vasitədir: "Yəni o, məqsəd deyil. Məqsəd isə süni intellekt kimi texnologiyaları istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə vətəndaşların rifahına və inkişafına nail olmaqdır. Son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri də bu sahədə ciddi araşdırmalar aparırlar və çox ciddi hesabatlar hazırlayırlar. Məsələn, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində araşdırma hesabatında qeyd olunub ki, süni intellektli texnologiyaların və "yaşıl keçid" transformasiyasının nəticəsində dünyada 90 milyondan çox iş yeri bağlanacaq, amma onun əvəzində 170 milyona yaxın yeni iş yerləri formalaşdırılacaq".

O əlavə edib ki, yeni iş yerləri ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək: "Çünki ləğv olunan iş yerlərdən münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq şirkətlər, təşkilatlar, istərsə də dövlətlər vətəndaşlarını hazırlamaq üçün ciddi tədbirlər həyata keçirirlər. Azərbaycan da bu istiqamətdə geridə qalmır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri