Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

SÜNİ İNTELLEKT TƏHSİLDƏ TƏHLÜKƏYƏ ÇEVRİLİR? Ekspertdən xəbərdarlıq

SÜNİ İNTELLEKT TƏHSİLDƏ TƏHLÜKƏYƏ ÇEVRİLİR? Ekspertdən xəbərdarlıq

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Süni intellekt artıq mətn yazmaqdan tutmuş mürəkkəb məsələlərin həllinə qədər gündəlik həyatın bir çox sahəsində istifadə olunur. İnsanlar hazır cavaba saniyələr ərzində çatdıqca, bəzi hallarda problemi özləri araşdırmağa və düşünməyə daha az ehtiyac duyurlar. Xüsusilə təhsil və peşə fəaliyyətində AI-dan həddindən artıq asılılıq müstəqil düşünmə bacarığı ilə bağlı suallar yaradır. 

Texnologiya insanın işini asanlaşdırarkən onun düşünmə və qərarvermə qabiliyyətini zəiflədə bilərmi? AI-dan istifadə ilə insanın öz düşünmə qabiliyyətini qoruması arasında necə balans yaradılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, süni intellektin sürətlə yayılması Azərbaycan cəmiyyətində, xüsusilə də gənclər arasında müəyyən asılılıq formalaşdırır.

Onun sözlərinə görə, süni intellekt artıq sənaye, elm və təhsil kimi müxtəlif sahələrə nüfuz etdiyi kimi, gənclərin gündəlik həyatında da geniş şəkildə istifadə olunur. Bu isə onların düşünmə və yaradıcılıq qabiliyyətlərinə təsir göstərə bilər: “Çox təəssüf ki, bu gün Azərbaycan cəmiyyətinin, eləcə də dünyanın ən böyük problemlərindən biri süni intellektdən asılılığın yaranmasıdır. Süni intellekt artıq sənayemizə, elmə və təhsilə sirayət etdiyi kimi, gənclərimizin əksəriyyətində də ciddi asılılıq yaradıb. Bu asılılıq gənclərimizi milli mentalitetdən uzaqlaşdıra, onların düşünmə və yaradıcılıq qabiliyyətlərinə mənfi təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, Azərbaycanda süni intellektin sürətli yayılması bu sahəni düzgün istiqamətləndirə biləcək mütəxəssislərə və kadrlara olan ehtiyacı da artırıb: “Artıq ümumtəhsil məktəblərində şagirdlərin demək olar ki, hər biri süni intellektin imkanlarından istifadə edir. Bu proses düzgün istiqamətləndirilmədiyi təqdirdə ədəbiyyatımızın, coğrafiyamızın, tariximizin və milli-mənəvi dəyərlərimizin öyrənilməsinə mənfi təsir göstərə bilər. Ən ciddi məsələ isə odur ki, gənc nəsil hazır cavablara həddindən artıq güvəndikdə müstəqil düşünmək imkanlarını itirə bilər”.

M.Məmmədli süni intellektdən əldə olunan məlumatların hər zaman doğru və məntiqi əsaslara söykənmədiyini də diqqətə çatdırıb: “Birbaşa müxtəlif suallarla bağlı süni intellektə müraciət edilir və ondan cavablar alınır. Lakin həmin cavablar hər zaman doğru və etibarlı olmur. Ona görə də düşünməliyik ki, süni intellekt bizim ədəbiyyatımızı, coğrafiyamızı və tariximizi bizə necə çatdıra bilər. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır”.

"Süni intellektin təhsil sistemində tətbiqi nəzarətsiz şəkildə deyil, müəllimlərin və digər təhsil mütəxəssislərinin iştirakı ilə həyata keçirilməlidir. UNESCO rəhbərliyinin də bu yaxınlarda bununla bağlı siqnal verdiyini görürük. Süni intellektin ümumtəhsil məktəblərində və təhsildə tətbiqi fərdlərin, müəllimlərin və öyrədənlərin iştirakı ilə həyata keçirilməlidir. Təəssüf ki, biz hazırda bu sahəni tam əhatə edə bilmirik və bunun üçün kifayət qədər resursumuz yoxdur”, – deyə M.Məmmədli bildirib.

Təhsil eksperti sonda vurğulayıb ki, süni intellektdən istifadə zamanı verilən sualların keyfiyyəti də xüsusi əhəmiyyət daşıyır: “Biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Süni intellektə verdiyimiz sualların səviyyəsi yüksək olmalıdır ki, gələcəkdə Azərbaycan seqmentində daha doğru və keyfiyyətli nəticələr formalaşsın. Əgər biz onu yanlış suallarla yükləsək, yanlış cavablar ala bilərik. Nəticədə süni intellektin Azərbaycan seqmentində arzuolunmaz mənzərə yarana bilər.

Hesab edirəm ki, süni intellektin geniş yayılması gələcəkdə cəmiyyətin müxtəlif sahələrinə ciddi təsir göstərə bilər. Bu istiqamətdə xüsusilə təhsil sahəsində diqqətli və sistemli yanaşma vacibdir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Sentyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see568

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see415

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see412

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see386

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see368

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see364

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see325

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see271

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see261

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see250

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see244

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see238

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see231

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see229

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see212

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see209

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see208

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see208

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see208

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri