Icma.az
close
up
RU
Süni intellekt niyə pulsuzdur? Görünməyən tərəflər

Süni intellekt niyə pulsuzdur? Görünməyən tərəflər

Icma.az bildirir, Milli.az portalına istinadən.

Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması və demək olar ki, hər kəs üçün pulsuz əlçatan olması diqqət çəkir.

Bəs bu qədər bahalı infrastruktur, milyardlarla dollar dəyərində serverlər və texniki xidmətlər niyə ödənişsiz təqdim olunur?

Milli.Az xəbər verir ki, böyük texnologiya şirkətləri bunu xeyriyyə məqsədilə etmir.

Əsas səbəblərdən biri istifadəçilərin eyni zamanda süni intellekti öyrədən işçi rolunu oynamasıdır. Süni intellektin dəqiqləşməsi, insan kimi düşünməyə yaxınlaşması üçün milyonlarla, milyardlarla insan müdaxiləsinə ehtiyac var. Əgər bu iş üçün ayrıca işçilər cəlb olunsaydı, xərclər çox olardı. Bu səbəbdən sistem pulsuz təqdim olunur ki, istənilən həcmdə məlumat və düzəliş əldə edilsin.

İkinci və daha təhlükəli məqsəd isə geri dönməz asılılıq yaratmaqdır. Tarix buna oxşar nümunələrlə doludur. Kalkulyatorun yayılması zehni hesablamanı zəiflətdi. GPS texnologiyası insanların istiqamət tapma qabiliyyətini azaltdı. İndi isə süni intellekt məntiq qurma və müstəqil düşünmə bacarığını risk altına alır.

Xəbərdarlıq edilir ki, bu proses nəzarətsiz davam edərsə, bir neçə il sonra insanlar sadə e-mail yazmaqdan tutmuş qərar verməyə qədər hər şeyi süni intellektə həvalə edə bilər. Müstəqil düşünmə qabiliyyətini itirən insan isə nə tənqid edə, nə etiraz edə, nə də sistemdən kənar düşünə bilər.

Diqqət çəkən başqa bir məqam da məlumatın müqəddəsləşdirilməsidir. Əvvəllər bir xəbərin doğruluğunu dəqiqləşdirmək üçün saatlarla araşdırma aparılırdı. Bu gün isə bir çoxları sadəcə süni intellektə sual verir və cavabı mübahisəsiz həqiqət kimi qəbul edir. Bu proses bəzi ekspertlər tərəfindən "insanın əhliləşdirilməsi" kimi xarakterizə olunur.

Rəqəmsal iqtisadiyyatda birinci olmaq rəqiblər formalaşmamışdan və dövlətlər sərt qanunlar tətbiq etməmişdən əvvəl bazarı tam ələ keçirmək üçün önəm daşıyır.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri