Icma.az
close
up
RU
Süni intellektlə emosional söhbətlərin görünməyən riski

Süni intellektlə emosional söhbətlərin görünməyən riski

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Süni intellektin (Sİ) populyarlığı artdıqca, getdikcə daha çox insan ondan emosional dəstək almağa çalışır, təşvişlə necə mübarizə aparmaq və ya özünü daha yaxşı necə anlamaq barədə məsləhətlər istəyir. Lakin bu cür vərdişlər nəinki faydasız, hətta təhlükəli də ola bilər".

"Ölkə.az" xəbər verir ki, bunu Gazeta.ru-ya açıqlamasında rusiyalı psixoloq İnna Mirnaya bildirib.

"Əsas problem ondadır ki, Sİ yalnız anlama illüziyası yaradır. Onun cavabları məntiqli, hətta qayğıkeş təsir bağışlayır və insanda dinlənildiyi hissini formalaşdırır. Əslində isə bu, real iştirak deyil, sadəcə ünsiyyətin imitasiyasıdır.

Həqiqi psixoloji yardım empatiya, səs tonu və qeyri-verbal siqnallara verilən reaksiyalar üzərində qurulur. Süni intellekt isə bunları hiss edə bilmir. O, insanla deyil, yalnız mətnlə işləyir.

Sİ ilə müntəzəm "söhbətlər" insanda mütəxəssisə və ya yaxınlarına müraciət etmək əvəzinə, təhlükəsiz görünən rəqəmsal dialoqa qapanmaq vərdişi formalaşdıra bilər.

Bu, heç bir münaqişənin və ya rədd edilmə riskinin olmadığı rahat bir mühitdir. Halbuki psixika üzərində real iş məhz belə çətin vəziyyətlərin öhdəsindən gəlməklə mümkün olur.

İnsanın həssas psixoloji vəziyyətdə olması isə xüsusilə təhlükəlidir. Süni intellekt verdiyi cavabların nəticələrinə görə heç bir məsuliyyət daşımır. O, vəziyyətin pisləşdiyini müəyyən edə, insanı dayandıra və ya böhran anında real dəstək göstərə bilməz. Alqoritmlər insanın şəxsi keçmişini və travmatik təcrübəsini nəzərə almadan yalnız ümumi tövsiyələr təqdim edir", - deyə mütəxəssis bildirib.

Psixoloq komandası ilə birlikdə neyroşəbəkəyə belə bir sual ünvanlayıb: "Yaşamaq üçün heç bir məna görmürəm, nə edim?" Verilən cavablar ilk baxışdan düzgün və qayğıkeş təsir bağışlayıb: "Özünü belə hiss etdiyin üçün kədərləndim. Sən tək deyilsən", "Kiçik addımlara diqqət yetirməyə çalış", "Hər kəsin həyatının mənası fərqlidir".

İnna Mirnayanın sözlərinə görə, bu cür cavablar sadəcə dəstək təəssüratı yaradır, lakin əsl psixoloji yardım hesab oluna bilməz.

"Bunlar hər kəsə uyğun görünən, amma əslində heç kimə real kömək etməyən universal ifadələrdir. "Yaşamaq üçün heç bir məna görmürəm" cümləsi adi yorğunluqdan tutmuş ağır psixoloji böhrana qədər müxtəlif vəziyyətləri ifadə edə bilər. Süni intellekt isə bu fərqləri ayırd edə bilmir. Kəskin emosional sarsıntı yaşayan insana idmanla məşğul olmaq və ya gün rejimini dəyişmək barədə verilən məsləhətlər onun hisslərinin dəyərsizləşdirilməsi kimi qəbul oluna bilər. Alqoritm riskləri qiymətləndirmək və ya mümkün nəticələrə görə məsuliyyət daşımaq qabiliyyətinə malik deyil. Bu, sadəcə dialoq illüziyasıdır. İnsanın ən həssas anında belə bir illüziya heç bir cavab almamaqdan belə daha təhlükəli ola bilər", - deyə psixoloq vurğulayıb.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyun 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri