Icma.az
close
up
RU
Süni intellekt psixoloqları işsiz qoyacaq? HƏYƏCAN TƏBİLİ ÇALINDI

Süni intellekt psixoloqları işsiz qoyacaq? HƏYƏCAN TƏBİLİ ÇALINDI

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Əvvəllər insan dərdini danışmaq üçün dostunu, sevdiyi insanı və tanışını axtarırdı. Lakin müasir dövrümüzdə insanlar bu məqsədlə daha çox süni intellekt botlarına üz tuturlar. Süni intellekt botları həm insanı dinləyir, həm də onunla dərdləşir. Həmçinin Al botları ilə günün istənilən saatında danışmaq mümkündür. 

Psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova bu barədə Bakıvaxtı.az-a danışıb.

Onun sözlərinə görə, süni intellekt insanın tənhalığını həm azalda, həm də müəyyən hallarda onun yeni formasını yarada bilər. Burada əsas məsələ texnologiyanın mövcudluğu deyil, insanın ondan hansı məqsədlə və necə istifadə etməsidir:

"İlk növbədə, tənhalığın psixoloji mahiyyətini düzgün anlamaq lazımdır. Tənhalıq sadəcə insanın ətrafında heç kimin olmaması demək deyil. İnsan ailəsi, dostları, həmkarları arasında olduğu halda da özünü tənha hiss edə bilər. Psixologiyada bu vəziyyət daha çox insanın arzuladığı sosial və emosional yaxınlıqla real münasibətləri arasındakı fərqlə əlaqələndirilir. Tənhalıq insanların sayından deyil, münasibətlərin keyfiyyətindən də asılıdır. Məhz bu nöqtədə süni intellekt müəyyən üstünlüklər təqdim edir. Aİ botu insanın istənilən vaxt müraciət edə biləcəyi, onu dinləyən, suallarına cavab verən və fikirlərini ifadə etməsinə şərait yaradan rəqəmsal ünsiyyət vasitəsidir".

Psixoloq vurğulayıb ki, xüsusilə sosial münasibətlər qurmaqda çətinlik çəkən, yaxınlarından kifayət qədər emosional dəstək ala bilməyən, yaşlılıq dövründə sosial təcrid yaşayan və ya müvəqqəti tənhalıq hiss edən insanlar üçün belə ünsiyyət müəyyən rahatlıq yarada bilər.

"Məslən, öz problemlərini başqaları ilə bölüşməkdən çəkinən bir insan Aİ ilə ünsiyyət zamanı fikirlərini daha sərbəst ifadə edə bilər. O, mühakimə olunmaq qorxusu yaşamadan narahatlıqlarını dilə gətirə, öz emosiyalarını təhlil edə və müəyyən mənada psixoloji rahatlıq əldə edə bilər. Bu baxımdan, süni intellekt bəzən insanın emosional gərginliyini azaltmağa kömək edən ilkin dəstək vasitəsinə çevrilir. Lakin məsələnin daha mürəkkəb tərəfi də var. İnsan sosial varlıqdır və onun psixoloji sağlamlığı üçün yalnız danışmaq deyil, qarşılıqlı münasibət qurmaq, sevilmək, qəbul olunmaq, toxunmaq, paylaşmaq və real emosional əlaqələr yaşamaq da vacibdir", - deyə müsahibimiz bildirib.

L. Qurbanova hesab edir ki, süni intellekt ehtiyacların bəzilərini ünsiyyət səviyyəsində qismən qarşılasa da, canlı insan münasibətlərinin bütün xüsusiyyətlərini əvəz edə bilmir. Burada təhlükə ondan ibarətdir ki, insan zaman keçdikcə real münasibətlərin mürəkkəbliyindən uzaqlaşaraq süni intellektlə ünsiyyətə üstünlük verə bilər:

"Aİ adətən istifadəçinin müraciətinə dərhal cavab verir, onunla mübahisə etmir, yorulduğunu bildirmir və ünsiyyəti davam etdirməyə hazır görünür. Halbuki real münasibətlərdə qarşılıqlı güzəşt, səbir, məsuliyyət, fərqli fikirləri qəbul etmək və emosional əmək tələb olunur. Beləliklə, insan süni intellektlə ünsiyyətdə özünü rahat hiss etməyə başlasa da, real münasibətlər qurmaq və onları qorumaq bacarıqları zəifləyə bilər. Bu zaman paradoksal bir vəziyyət yaranır: insan daim ünsiyyətdədir, lakin emosional baxımdan daha çox təcrid olunur. Bunu müasir dövrün rəqəmsal tənhalıq paradoksu adlandırmaq olar".

Lamiyə Qurbanova: "AI belə hallarda peşəkar psixoloji və psixiatrik qiymətləndirməni əvəz etməməlidir"

"Süni intellektdən alınan psixoloji dəstək psixoloqların fəaliyyətini aradan qaldıracaqmı? sualına gəlincə, psixoloq Al botlarının inkişafının peşəkar psixoloqları sıradan çıxarmayacağını, lakin psixoloji yardımın ənənəvi formalarını ciddi şəkildə dəyişdirəcəyini vurğulayıb.

Onun sözlərinə görə, Al insanın emosional vəziyyəti haqqında danışmasına şərait yarada, onun fikirlərini sistemləşdirə, stressin idarə olunması, emosional özünütənzimləmə və gündəlik çətinliklərlə mübarizə üzrə ümumi tövsiyələr verə bilər. Üstəlik, belə dəstəyin gecə-gündüz əlçatan olması, bəzi insanlarda mühakimə olunmaq qorxusunu azaltması onun üstünlüklərindəndir. Lakin psixoloji yardım yalnız məsləhət vermək və ya düzgün cavab tapmaqdan ibarət deyil. 

"Psixoterapiya mürəkkəb, dinamik və fərdi münasibət prosesidir. Burada insanın sözləri ilə yanaşı, emosional reaksiyaları, davranışları, susqunluğu, ziddiyyətləri, həyat təcrübəsi və fərdi psixoloji xüsusiyyətləri də nəzərə alınır. Peşəkar psixoloqun əsas üstünlüyü empatiya, klinik düşünmə, etik məsuliyyət və fərdi terapevtik münasibət qurmaq bacarığıdır. Süni intellekt empatik üslubda cavab yarada bilər, lakin bu, insanın yaşadığı hissləri həqiqətən yaşaması və dərk etməsi demək deyil. Digər mühüm məsələ isə təhlükəsizlikdir. Depressiya, intihar düşüncələri, travma, ağır təşviş pozuntuları və digər mürəkkəb psixoloji vəziyyətlər zamanı yanlış və ya natamam tövsiyələr ciddi nəticələrə səbəb ola bilər. Al belə hallarda peşəkar psixoloji və psixiatrik qiymətləndirməni əvəz etməməlidir".

L. Qurbanovanın fikrincə, gələcəyin modeli insan psixoloqla süni intellektin rəqabəti deyil, onların düzgün sərhədlər daxilində əməkdaşlığı olacaq. Al psixoloji maarifləndirmə və ilkin dəstək vasitəsi, psixoloq isə dərin qiymətləndirmə, terapiya və mürəkkəb emosional problemlərin həlli üzrə əsas mütəxəssis olaraq qalacaq.

"Süni intellekt psixoloqu əvəz etməyəcək, lakin süni intellektdən düzgün istifadə etməyi bacaran psixoloq gələcəyin psixoloji xidmətində daha geniş imkanlara malik olacaq", - deyə L.Qurbanova fikrini yekunlaşdırıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri