Süni intellekt sayəsində yüzdən çox ekzoplanet aşkar olunub
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Britaniya və Argentina astronomları əvvəllər astronomlara məlum olmayan yüzdən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə imkan verən neyron şəbəkəsi hazırlayıblar. Bu uğur Yerə bənzər planetlərin və digər nadir planet növlərinin axtarışında süni intellektdən istifadəyə yol açır.
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorvik Universitetinin mətbuat xidməti məlumat verib.
Uorvik Universitetinin astronomu Marin Lafarq bildirib: “Biz 118 ekzoplanetin mövcudluğunu təsdiqləyə bildik. Bunun sayəsində ulduzlarından qeyri-adi dərəcədə yaxın məsafələrdə orbitdə fırlanan planetlərin ən ətraflı kataloqunu tərtib etdik. Bu da bizə tədqiqat üçün ən maraqlı obyektləri seçməyə kömək edəcək”.
Alimlər bu kəşfi 2018-ci ilin aprel ayında Kepler zondunun əvəzinə orbitə buraxılan TESS (Transiting Exoplanet Survey Telescope) teleskopunun təsvirlərinin avtomatik təhlili üçün hazırlanan alqoritmi sınaqdan keçirərkən ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 04 Aprel 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















